15 İyun - Azərbaycanın dirçəliş yolunun başlanğıcı
12.06.2026 [22:47]
12 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “15 İyun-Azərbaycanın dirçəliş yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub, Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib.
Mərkəzdə tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vurğulayıb ki, 1993-cü il 15 iyun tarixindən 33 il keçir. Bu tarix Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Geniş məruzə ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, bu gün biz fəxrlə qeyd edə bilərik ki, 1993-cü ilin 15 iyun tarixi müstəqil Azərbaycan dövlətinin parçalanmaq təhlükəsindən uzaqlaşdığı və Ümummilli lider Heydər Əliyevin xalq qarşısında xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı bir gündür. Biz bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində müasir, qüdrətli Azərbaycan qurulub. Onun siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan xalqı böyük fəxr hissi ilə ulu öndərin əziz xatirəsini yad edir. Onun zəngin siyasi irsi, dövlətçilik məktəbi və milli ideologiyası gələcək nəsillər üçün mühüm örnək olaraq qalır. Heydər Əliyevin həyatı və fəaliyyəti göstərir ki, xalqa sədaqətlə xidmət edən liderlər tarixdə əbədi yaşayır.
Tədbirdə çıxış edən digər natiqlər – ADA Universitetinin Qazax mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı İsmayıl Omarlı və əməkdar müəllim İndira Vəliyeva qeyd ediblər ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.
Sonda məktəblilərin ifasında şeirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

