Ulu Öndər Heydər Əliyev – Azərbaycan xalqının qəlbində əbədiyaşar Lider!
12.06.2026 [09:33]
Azərbaycanın müstəqillik tarixində Ulu Öndər Heydər Əliyevin rolu və göstərdiyi xidmətlər şübhəsiz ki, ən yüksək qiymətə layiqdir. O, xalqımızın ən ağır və çətin dövrlərində onun qəlbində ümid və inam yaratmış, milli birlik və müstəqillik yolunda əvəzsiz lider olmuşdur.
1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan xalqı müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Lakin bu beynəlxalq hüquqi addım, ölkənin daxili və xarici təhlükələr qarşısında dayana bilməməsi səbəbindən, çox ağır günləri və sınaqları ilə yadda qaldı. 1993-cü ilin yayına qədər Azərbaycan, ermənilərin hərbi təcavüzü və daxili siyasi xaosla üz-üzə qaldı. Ermənilər, ölkəmizin ən dəyərli torpaqları olan Şuşa, Laçın və Kəlbəcər kimi strateji bölgələri işğal edərək, milli təhlükəsizliyi ciddi şəkildə təhdid etdi. Bu dönəm, vətənimiz üçün böyük bir sınaq və faciə idi. Hakimiyyətin səriştəsizliyi və vəzifə mövqeyində olanların vətəndaşlara hörmətsizliyi, ölkənin parçalanma və tamamilə itirilməsi təhlükəsini artırmışdı.
Bütün bu çətinliklər şəraitində Azərbaycan xalqı haqlı olaraq, xilası və gələcək vətənimizin taleyini Ulu Öndər Heydər Əliyevin simasında gördü. Onun uzaqgörənliyi və milli vətənpərvərlik ruhu, xalqımıza yeni ümid və ruh yüksəkliyi bəxş etdi. Xalqın təkidi ilə 1993-cü ilin iyun ayının 9-da Heydər Əliyev, uzun fasilədən sonra yenidən siyasi arenaya qayıtdı və Bakıya gəldi. Bu, Azərbaycanın taleyində dönüş nöqtəsi oldu.
15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, müstəqilliyimizin və dövlətçiliyimizin xilası üçün mübarizənin ən önəmli mərhələsini təşkil etdi. Onun rəhbərliyi ilə Azərbaycanın vətənpərvər və milli ruhlu qüvvələri bir araya gələrək, daxili və xarici düşmənlərin bütün planlarını pozmağa müvəffəq oldular. Silahlı dəstələr və separatçı qüvvələr sıravi vətəndaşların fəallığı və milli iradə ilə zərərsizləşdirildi. Bu sayədə vətəndaş müharibəsinin və parçalanmanın qarşısı alındı, Azərbaycan bir daha milli birliyini və suverenliyini möhkəmləndirdi.
Ulu Öndər, ilk növbədə, vətənimizin bölünməsinə və parçalanmasına yol açan siyasi və təhlükəsizlik boşluqlarını doldurdu. Separatçı və parçalanma meyllərinə qarşı mübarizə apardı, cəmiyyətin bütün təbəqələrində dövlətə və vətənə bağlılıq ruhunu möhkəmləndirdi. Onun səyləri nəticəsində, ölkənin müxtəlif bölgələrində yaranmış təhlükəli vəziyyətə son qoyuldu, vətəndaşlar arasında həmrəylik və vətənpərvərlik ruhu gücləndi.
Ulu Öndər Heydər Əliyevin siyasəti, gənclərin və yeni nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirdi. O, deyirdi ki, hər bir gənc öz həyatını və gələcəyini qurarkən, milli dəyərlərə sadiq qalmalı, vətəni sevməli və onun inkişafı üçün çalışmalıdır. Gənclərimizi vətənimizə sevgi ilə, ölkəmizin müstəqilliyi və təhlükəsizliyi naminə fəal iştirak etməyə çağırdı. Onun ideyaları ilə böyüyən gənclər, 44 günlük Vətən müharibəsində, Möhtəşəm Qələbəyə imza ataraq, torpaqlarımızın bütövlüyünü bərpa etdilər.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi kurs və ideyalar, Azərbaycanın bugünkü və gələcək inkişafının əsasını təşkil edir. Bu yol, Azərbaycanın sarsılmaz və qüdrətli təməlidir. Onun rəhbərliyi ilə qurulan dövlət quruluşu və milli dəyərlər, ölkəmizin müasirliyinə və gücünə zəmin yaradır.
Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər, onun irsini yaşadaraq, ölkəmizin tərəqqisi və müstəqilliyi üçün çalışmalıdırlar. Ulu Öndər Heydər Əliyevin vətənpərvər ruhu və siyasi irsi, Azərbaycanı daha güclü, daha müstəqil və daha firavan ölkəyə çevirəcək ən böyük sərvətdir.
Bu gün, Azərbaycan, onun müstəqillik və suverenlik yolu, Heydər Əliyevin siyasi məktəbi və ideyaları ilə daha da parlaq və möhkəmdir. Onun irsi və ideyaları, Azərbaycan dövlətinin və xalqının gələcək uğurlarının təməlidir!
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

