Qurtuluşla başlanan dövlətçilik yolu Azərbaycanı Zəfərə və tam suverenliyə qovuşdurdu
11.06.2026 [16:37]
Bəzi tarixi hadisələrin əhəmiyyəti illər keçdikcə daha aydın görünür. Çünki zaman həmin hadisələrin dövlətin və xalqın taleyində oynadığı rolu açıq şəkildə ortaya qoyur. Azərbaycan xalqının müasir tarixində 15 İyun - Milli Qurtuluş Günü məhz belə taleyüklü hadisələrdən biridir. 15 İyun Azərbaycan dövlətçiliyinin xilasının, milli birliyin bərpasının, sabitliyin təmin edilməsinin və gələcək inkişaf strategiyasının əsasının qoyulmasının rəmzidir.
1993-cü ilin iyununda Azərbaycan son dərəcə mürəkkəb bir vəziyyətlə üzləşmişdi. Dövlət idarəçiliyində yaranmış boşluq, ölkədaxili gərginlik, müxtəlif siyasi qüvvələr arasında qarşıdurmalar və hakimiyyət böhranı müstəqilliyin taleyini sual altına qoymuşdu. Dövlətçiliyin əsaslarına yönələn təhdidlər getdikcə artır, ölkə parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qalırdı. Məhz belə bir zamanda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini müəyyənləşdirən tarixi missiyanı öz üzərinə götürdü.
15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında yeni mərhələ başlandı. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli siyasi iradəsi və milli maraqlara söykənən fəaliyyəti qısa müddət ərzində ölkədə sabitliyin bərqərar olmasına imkan yaratdı. Dövlət hakimiyyətinin nüfuzu bərpa edildi, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoyuldu, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" isə Azərbaycanın müasir inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, böyük investisiyaların cəlb edilməsinə və enerji strategiyasının uğurla həyata keçirilməsinə geniş imkanlar yaratdı. Sonrakı illərdə reallaşdırılan qlobal enerji və nəqliyyat layihələri Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsini təmin etdi.
Milli Qurtuluşla təməli qoyulan dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldildi. Azərbaycanın iqtisadi qüdrəti artdı, beynəlxalq nüfuzu daha da möhkəmləndi, müasir və peşəkar ordu quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edildi. Dövlətimizin hərbi, siyasi və iqtisadi potensialının gücləndirilməsi nəticəsində Azərbaycan öz tarixinin ən böyük hədəfinə doğru inamla addımladı.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Milli Qurtuluş siyasətinin ən möhtəşəm nəticəsi oldu. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində isə dövlətimizin suverenliyi tam təmin edildi.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər, Şuşada və Xankəndidə dalğalanan üçrəngli bayrağımız Milli Qurtuluşun real nəticələrinin ən parlaq təzahürüdür. Bütün bunlar bir daha təsdiq edir ki, 15 İyun 1993-cü ildə əsası qoyulan siyasi kurs Azərbaycanın müasir inkişafının, Böyük Zəfərinin və tam suverenliyinin möhkəm təməlidir.
Nəzrin Əlizadə,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

