Dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biri
11.06.2026 [10:53]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Bu gün müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın ağır siyasi, iqtisadi və hərbi böhranlardan xilas olaraq sabit inkişaf yoluna qədəm qoymasının başlanğıcı kimi qiymətləndirilir. Məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq təhlükəsindən qurtarmış, dövlətçiliyin möhkəmləndirilməsi üçün əsaslı zəmin yaratmışdır.
1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi nəticəsində ölkədə dərin siyasi böhran hökm sürürdü. Dövlət idarəçiliyində peşəkarlığın olmaması, müxtəlif silahlı dəstələrin fəaliyyət göstərməsi, mərkəzi hakimiyyətin zəifləməsi və qanunsuzluğun geniş yayılması ölkəni xaos vəziyyətinə salmışdı. Həmin dövrdə qəbul edilən yanlış qərarlar Azərbaycanın beynəlxalq mövqelərinə də mənfi təsir göstərir, ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.
Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etdiyi bir vaxtda daxildə hökm sürən siyasi qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə dövlətin müdafiə qabiliyyətini zəiflədirdi. Torpaqlarımızın işğal altında qalması, minlərlə insanın məcburi köçkün vəziyyətinə düşməsi, iqtisadi tənəzzül və sosial gərginlik xalqın narazılığını daha da artırırdı. 1993-cü ilin iyun hadisələri isə ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını açıq şəkildə göstərdi.
Belə bir ağır şəraitdə xalqın yeganə ümid yeri Naxçıvanda yaşayan görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Azərbaycan xalqının təkidli çağırışlarına cavab verən Ulu Öndər 1993-cü ilin iyununda Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu. Bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ölkədə sabitliyin və qanunun aliliyinin bərqərar edilməsində həlledici rol oynadı.
Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə ölkədə siyasi sabitlik təmin edildi, separatçılıq meyillərinin qarşısı alındı, dövlət idarəçiliyi sistemi yenidən quruldu. Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, iqtisadi islahatların əsası qoyuldu və ölkənin gələcək inkişaf strategiyası müəyyən edildi. Sonrakı illərdə həyata keçirilən neft strategiyası, hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf proqramları məhz həmin qurtuluş missiyasının məntiqi davamı oldu.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük uğurların təməlində də məhz Milli Qurtuluşun yaratdığı möhkəm siyasi sabitlik dayanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq nüfuzunun artması, güclü dövlətə çevrilməsi Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının xilası, dövlətçiliyimizin qorunması və müasir inkişaf yolunun başlanğıcı kimi hər zaman böyük ehtiramla qeyd olunacaqdır. Bu tarix bir daha göstərir ki, xalqın taleyində müdrik lider amili həlledici əhəmiyyət daşıyır və Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müstəqillik tarixində əbədi yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

