“15 İyun – Azərbaycan dövlətçiliyinin xilas günü” mövzusunda tədbir təşkil keçirilib
10.06.2026 [14:03]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “15 İyun – Azərbaycan dövlətçiliyinin xilas günü” mövzusunda tədbir təşkil keçirilib.
Tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev 15 İyun tarixinin Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və dövlətçiliyimizin qorunub saxlanılmasındakı tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, 1993-cü ilin iyununda ölkədə baş qaldıran dərin siyasi və iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı müstəqilliyini itirmək həddinə gətirmişdi. Belə bir çətin məqamda xalqın təkidli xahişi və tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan və məhv olmaqdan xilas etdi. Məhz ümummilli liderin cəsarəti, müdrikliyi və uzaqgörən siyasəti sayəsində ölkədə daxili sabitlik bərqərar olundu, dövlətçilik ənənələri bərpa edildi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu sürətlə artmağa başladı. Gündüz Alıkişiyev bu gün Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasət nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa edərək qüdrətli bir dövlətə çevrildiyini xüsusi vurğulayıb.
Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri İntiqam Mustafayev çıxış edərək, Milli Qurtuluş Gününün xalqımızın tarixindəki rolunu yüksək qiymətləndirib və bu günün dövlətçiliyimizin möhkəmlənməsindəki tarixi dönüş nöqtəsi olduğunu vurğulayıb.
Daha sonra ərazi partiya təşkilatının üzvləri Aytəkin Əliyeva , İradə Həmidova, Aytən Nəcəfli və Şəhanə Ocaqverdiyeva çıxış edərək 15 İyunun milli yaddaşımızdakı yeri, qazanılan uğurlar və partiyamızın ölkəmizin inkişafındakı rolu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd etdilər ki, Milli Qurtuluş Gününün bəxş etdiyi tarixi sabitlik sayəsində ölkəmiz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini tam bərpa etmiş güclü bir dövlətdir. Partiya üzvləri bu siyasi xəttə hər zaman sadiq qalacaqlarını və dövlətin tərəqqisi naminə var qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19

