Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bakı Enerji Həftəsi Azərbaycanın liderliyini bir daha təsdiqlədi

Bakı Enerji Həftəsi Azərbaycanın liderliyini bir daha təsdiqlədi

03.06.2026 [16:56]

İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirildi. “Bakı Enerji Həftəsi” təkcə qlobal enerji trendlərinin müzakirə edildiyi məkan deyil, həm də enerjinin gələcəyinə birbaşa qoşulmaq və onu formalaşdırmaq üçün unikal bir platformadır. Dünyanın enerji liderləri ilə tanış olmaq, ən son texnoloji innovasiyaları kəşf etmək və regionun ən nüfuzlu tədbirində yeni biznes imkanları qazanmaq üçün “Bakı Enerji Həftəsi” ideal əməkdaşlıq məkanıdır. “Baku Energy Week” strateji əməkdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin təşəbbüsü üçün bu il də mühüm platforma rolunu davam etdirdi. 30 il ərzində bu tədbir neft-qaz sektorunda yerli və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni texnologiyaların tətbiqinə və ölkəmizin enerji sahəsində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verməyi bacarıb.

“Baku Energy Week” əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirakı və çıxışı tədbirin yüksək statusunu, əhəmiyyətini təsdiqləyir. Bu tədbir artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi diqqətdədir.

31-ci “Bakı Enerji Həftəsi”nin açılış mərasimində “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu” söyləyən Prezident İlham Əliyev  bildirdi ki,  vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı.

Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan, müasir dövrün çağırışlarından geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanın inkişafı - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun,  bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər. Dövlətimizin başçısı onu da qeyd etdi ki, hamımız enerji təhlükəsizliyindən  danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Bunun üzərində uzun illər çalışmışıq. Böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq: “Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik”.

Hazırkə dövrün reallıqları fonunda bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan  qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional əməkdaşlığın aparıcı qüvvəsidir.  Azərbaycanın enerji diplomatiyası bu gün dünyanın diqqətindədir. Azərbaycan özünün enerji təcrübəsini tərəfdaş, dost ölkələrlə paylaşmağa böyük önəm verir. “Bakı Enerji Həftəsi”nin iştirakçılarının say tərkibində ildən-ilə artım, tədbirin beynəlxalq nüfuzunun artması,  dünyanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən xüsusi diqqətin göstərilməsi Azərbaycanın qlobal enerji bazarında tutduğu mövqenin göstəricisidir. Ölkəmiz bundan sonra da dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verəcək.  

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30