Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

01.06.2026 [22:09]

Əhməd Panayev

YAP Nərimanov rayon təşkilatının ƏPT sədri                 

 Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, bu sahənin inkişafı ölkənin iqtisadi təhlükəsizliyi, regionların tərəqqisi və əhalinin sosial rifahı baxımından strateji əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, hələ 2004-cü ildə prezident vəzifəsinə başladıqdan sonra irəli sürdüyü ilk təşəbbüslərdən biri regional inkişaf proqramı olmuşdur və həmin proqramın əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı idi.

2004-cü ilin əvvəlində qəbul edilmiş ilk beşillik regional inkişaf proqramı Azərbaycanın sosial-iqtisadi həyatında mühüm dönüş yaratdı. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində infrastruktur problemləri, işsizlik, kənd təsərrüfatında məhsuldarlığın aşağı olması və müasir texnologiyaların çatışmazlığı kimi məsələlər mövcud idi. Dövlət proqramı məhz bu problemlərin həllinə yönəldilmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqram nəticəsində bölgələrdə yollar çəkildi, elektrik, qaz və su təminatı yaxşılaşdırıldı, kənd təsərrüfatı üçün əlverişli şərait yaradıldı. Bu proqram yalnız iqtisadi layihə deyil, həm də sosial inkişaf modeli kimi çıxış etdi. Regionlarda yeni müəssisələrin yaradılması, fermerlərə dövlət dəstəyinin artırılması və kənd əhalisinin məşğulluğunun təmin olunması proqramın əsas nəticələrindən oldu.

Aqrar sahədə müşahidə olunan durğunluğun müxtəlif səbəbləri mövcuddur. Bunlardan biri iqlim dəyişiklikləri və su ehtiyatlarının azalmasıdır. Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri Azərbaycana da təsirsiz ötüşməyib. Quraqlıq, su çatışmazlığı və torpaqların məhsuldarlığının azalması kənd təsərrüfatına mənfi təsir göstərən əsas amillərdəndir. Digər səbəblər sırasında bəzi bölgələrdə müasir texnologiyaların yetərincə tətbiq olunmaması, istehsalın səmərəliliyinin aşağı olması və özəl sektorun aqrar sahəyə investisiyalarının kifayət qədər olmaması göstərilə bilər. Bir çox hallarda fermerlər ənənəvi üsullarla fəaliyyət göstərir və bu da məhsuldarlığın artmasına mane olur. Prezident İlham Əliyev məhz bu problemlərin aradan qaldırılması üçün yeni Dövlət Proqramının hazırlanmasının vacibliyini qeyd etmişdir. Bu proqram kənd təsərrüfatının yeni inkişaf mərhələsinə keçidini təmin etməlidir. Hazırlanan yeni Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması, məhsuldarlığın artırılması və aqrar sektorun müasir standartlara uyğunlaşdırılmasıdır.

“Dövlət başçısının qeyd etdiyi kimi ən narahat edən məsələ buğda istehsalında artım tendensiyasının olmamasıdır. Prezident bildirdi ki, “Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək”.Sahibkarlar kənd təsərrüfatının inkişafında daha fəal iştirak etməli, bu sahəyə daha çox investisiya yatırmalıdırlar. Dövlət isə bunun üçün əlverişli şərait yaratmağa davam edəcək. Bu yanaşma onu göstərir ki, kənd təsərrüfatının inkişafı yalnız dövlət büdcəsinin hesabına deyil, dövlət və özəl sektor əməkdaşlığı əsasında həyata keçirilməlidir. Müasir iqtisadi modeldə özəl investisiyalar inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.

Ərzaq təhlükəsizliyi hər bir dövlət üçün strateji məsələ hesab olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasət Azərbaycanın özünü əsas ərzaq məhsulları ilə təmin etməsinə və idxaldan asılılığın azalmasına yönəlib. Eyni zamanda Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istiqamətində də mühüm addımlar atır. “Made in Azerbaijan” brendi altında yerli məhsullar xarici bazarlarda tanıdılır. Meyvə-tərəvəz, pambıq, şərab və digər məhsullar bir çox ölkələrə ixrac edilir. Bu da ölkəyə əlavə valyuta gəlirləri qazandırır və kənd təsərrüfatının iqtisadi əhəmiyyətini daha da artırır.

Kənd təsərrüfatının inkişafı ixrac potensialının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Yerli məhsulların xarici bazarlara çıxarılması ölkə iqtisadiyyatının güclənməsinə və qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti aqrar sahənin davamlı inkişafını təmin etməyə yönəlmişdir.

Regional inkişaf proqramları kənd yerlərində yaşayan insanların həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri və sosial obyektlər tikilmiş, minlərlə insan işlə təmin olunmuşdur. İnfrastruktur layihələri kəndlərdə yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Kənd təsərrüfatının inkişafı regionlardan paytaxta miqrasiyanın qarşısının alınmasına da kömək edir. İnsanlar doğma bölgələrində iş və gəlir imkanları əldə etdikcə kəndlərin sosial həyatı canlanır. Bu isə ölkədə balanslı regional inkişaf siyasətinin uğurla həyata keçirildiyini göstərir.

Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə xüsusi diqqəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm hissəsidir. 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatının inkişafına güclü təkan vermiş, regionların simasını dəyişmiş və ölkənin iqtisadi potensialını artırmışdır. Bu siyasət nəticəsində Azərbaycan kənd təsərrüfatında müasir texnologiyaların tətbiq olunduğu, rəqabətqabiliyyətli və ixracyönümlü aqrar ölkəyə çevrilməkdədir. Dövlət dəstəyi, fermerlərin fəaliyyəti və düzgün iqtisadi strategiya kənd təsərrüfatının gələcəkdə də ölkənin əsas inkişaf istiqamətlərindən biri olacağını göstərir.

Cənab Prezidentin qeyd etdiyi kimi “Kəndlərdə elə şərait yaradılmalıdır ki, kəndli artıq şəhərə gəlməyə deyil, şəhərdən kəndə qayıtmağa üstünlük verisin. Hesab edirəm ki, 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı bu mənfi tendensiyanın aradan qaldırılmasında mühüm rol oynayacaq”.  

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30