Ağdaşda “Heydər Əliyev və Azərbaycan” mövzusunda təntənəli tədbir keçirilib
06.05.2026 [16:19]
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı, Ağdaş rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda təntənəli tədbir keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisinin deputatı Məzahir Əfəndiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Fəsli Nəbiyev, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin və YAP Ağdaş rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub, Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev Muzeyinə baxış keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrü ölkənin milli tərəqqi modelinin formalaşması, uzunmüddətli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Dahi rəhbərin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dövr isə xalqımızın öz dövlət suverenliyini sarsılmaz, əbədi və dönməz etdiyi ən həlledici tarixi mərhələdir.
Geniş məruzə ilə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını tarixin ən mürəkkəb geosiyasi sınaqlarından uğurla çıxarmış, dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi missiyasını qətiyyətlə icra etmiş dahi şəxsiyyətdir. Müstəqil Azərbaycanın yeni əsrə və minilliyə məhz Heydər Əliyev dühasının müəyyənləşdirdiyi strateji hədəflərlə qədəm qoyması dövlətçilik tariximizin mühüm reallığıdır. Bu gün ölkəmizin nail olduğu davamlı sosial-iqtisadi tərəqqi və beynəlxalq nüfuz, Ulu Öndərin uzaqgörən siyasi ideologiyasının təntənəsidir. Eyni zamanda, Ümummilli Liderin şah əsəri olan Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu müqəddəs amalların gerçəkləşməsində və milli birliyin möhkəmlənməsində həlledici rol oynamışdır.
“Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Zərifə Quliyeva Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışıb və bu istiqamətdə görülən işlərə diqqət çəkib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Fəsli Nəbiyev
Azərbaycanın dövlətçilik tarixinə nəzər salaraq, əldə edilən nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun dayandığını qeyd edib. Bu kursun ən fundamental istiqamətlərindən biri isə şübhəsiz ki, gənclər siyasətidir. Ulu Öndər gəncliyi xalqın gələcəyi, dövlətin sarsılmaz dayağı hesab edirdi,- deyə Fəsli Nəbiyev bildirib.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ümummilli Lider Heydər Əliyevin orduquruculuğu siyasətindən danışıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 23 ildə ölkəmizin davamlı inkişaf etməsindən və qazanılan tarixi Zəfərdən söhbət açaraq Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın zirvələr qət etdiyini vurğulayıb.
Partiya fəallarından Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov və Ağdaş Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxalıyeva çıxışlarında qeyd ediblər ki, inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.
Rəsmi hissənin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbir rayonun incəsənət ustalarının təqdimatında konsert proqramı ilə davam etdirilib.
Daha sonra rayon ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41

