Bakı-Roma münasibətlərində çoxşaxəli və dayanıqlı əməkdaşlığa doğru yeni mərhələ
06.05.2026 [14:36]
2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyev ilə Ciorcia Meloni arasında keçirilən görüş hər iki ölkə arasında olan münasibətlərin siyasi, iqtisadi baxımdan çoxşaxəli xarakter daşıdığını və dayanıqlı əməkdaşlığa doğru yeni mərhələnin başlandığını göstərdi.
Görüş çərçivəsində hər iki ölkə rəhbərinin mətbuata bəyanatları göstərdi ki, Azərbaycan-İtaliya münasibətləri artıq sadə ikitərəfli əməkdaşlıq mərhələsindən çoxşaxəli strateji tərəfdaşlıq və geosiyasi koordinasiya mərhələsinə daxil olub və bu dinamika Azərbaycanın dövlət maraqları ilə tam üst-üstə düşür.
Yeni inkişaf mərhələsinə keçən bu münasibətlərin arxasında həm regional geosiyasi reallıqlar, həm də tərəflər arasında qarşılıqlı iqtisadi və təhlükəsizlik maraqları dayanır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Respublikası Şurasının sədri Ciorcia Meloni dövründə yeni mərhələyə keçid edən bu münasibətlər enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı kimi önəmli sahələri əhatə edir. Son dövrlərdə isə münasibətlərin gündəliyi tədricən klassik enerji iqtisadiyyatından çıxaraq müdafiə sənayesi və logistika kimi sahələrə doğru genişlənir ki, bu da tərəfdaşlığın texnoloji inteqrasiya xarakteri aldığını göstərir.
Ciorcia Meloninin əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi səfərin xüsusilə diqqətçəkən məqamlarından biridir. Bu məqam xüsusi rəmzi məna daşıyır və Azərbaycana göstərilən hörmət və balanslı yanaşmanın göstəricisi kimi qiymətləndirilir. Bu, İtaliyanın Cənubi Qafqaz siyasətində praqmatik və çoxtərəfli mövqe tutduğunu göstərir. İki ölkə arasında siyasi münasibətlər ən yüksək səviyyədə olmaqla yanaşı, iqtisadi əməkdaşlıq da strateji xarakter daşıyır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və 2025-ci ildə ticarət dövriyyəsinin təxminən 12 milyard dollara çatması bu əlaqələrin miqyasını açıq şəkildə göstərir.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında aparıcı mövqedədir və bu sahədə qarşılıqlı etimad uzun illər ərzində formalaşıb. Ötən dövrdə Azərbaycandan ixrac edilmiş 25 milyard kubmetr təbii qazın 9,5 milyardı İtaliya bazarının payına düşüb. Bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artması fonunda İtaliya ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Tərəflər arasında münasibətlərin çoxtərəfli strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirilməsi göstərir ki, əməkdaşlıq artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, siyasi dialoq, qarşılıqlı investisiyalar, sənaye əməkdaşlığı, təhsil və humanitar sahələr də bu münasibətlərin mühüm komponentlərinə çevrilib. Bu isə Azərbaycanın Qərb ölkələri ilə münasibətlərində etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş imicini gücləndirir və Avropa daxilində siyasi dayaqlarını genişləndirir.
Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına yatırılan təxminən 3 milyard dollarlıq sərmayə iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli iqtisadi tərəfdaşlığın göstəricisidir. Eyni zamanda, İtaliyanın 130-a yaxın şirkətinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihə, əməkdaşlığın real iqtisadi nəticələrini əks etdirir.
Danışıqlarda Orta Dəhlizin xüsusi qeyd olunması Azərbaycanın tranzit və logistika potensialının beynəlxalq səviyyədə tanındığını göstərir. Bu isə ölkəyə yalnız tranzit gəlirləri qazandırmır, həm də onun geosiyasi əhəmiyyətini artıraraq regionda strateji mövqeyini möhkəmləndirir.
Bəyanatlarda SOCAR ilə İtaliyanın “Eni” şirkəti arasında üçüncü ölkələrdə əməkdaşlıq perspektivlərinin vurğulanması isə Azərbaycanın iqtisadi modelində keyfiyyət dəyişikliklərinin baş verdiyini göstərir, çünki bu əməkdaşlıq ölkənin artıq yalnız xammal ixrac edən tərəf deyil, həm də beynəlxalq enerji layihələrində iştirak edən və sərmayə qoyan aktiv ölkəyə çevrildiyini sübut edir. Bu Azərbaycanın qlobal enerji bazarlarında təsir imkanlarını genişləndirir və onun iqtisadi diplomatiyasını yeni mərhələyə çıxarır.
Bütün bu proseslər daha geniş geosiyasi kontekstdə Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasının tərkib hissəsi kimi çıxış edir və rəsmi Bakı eyni zamanda həm Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirir, həm də digər regional və qlobal güclərlə münasibətləri balanslaşdıraraq özünü müstəqil və çevik siyasi aktor kimi təqdim edir. Bu baxımdan İtaliya ilə strateji tərəfdaşlığın dərinləşməsi Azərbaycanın Avropa istiqamətində strateji mövqelərini möhkəmləndirən əsas sütunlardan biri kimi çıxış edir.
Nəticə etibarilə, Ciorcia Meloninin Azərbaycana səfərinin məzmunu bir daha təsdiq etdi ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xətt üzrə inkişaf edir və yeni məzmunla zənginləşir. Bu münasibətlər yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda daha geniş məkanda sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Beləliklə, formalaşan yeni mərhələ Azərbaycan-İtaliya tərəfdaşlığını strateji müstəvidən çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru aparır ki, bu da yaxın gələcəkdə daha uğurlu nəticələr olacağını yəqin edir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

