Milli qürur və davamlı inkişafın təzahürü
05.05.2026 [16:56]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Azərbaycanın idman salnaməsi növbəti parlaq səhifələrindən birini yazaraq bütün dünyaya xalqımızın əzmkar və qalib ruhunu bir daha nümayiş etdirdi. Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında güləşçilərimizin komanda hesabında qazandığı möhtəşəm çempionluq ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və coşğu ilə qarşılandı. Prezident İlham Əliyevin bu böyük qələbə münasibətilə milli komandamızın üzvlərini qəbul etməsi dövlətin idmana və idmançıya verdiyi yüksək qiymətin, eləcə də şəxsi diqqətin ən bariz nümunəsidir. Dövlət başçısı milli komandamızı Tiranada qazanılmış bu böyük qələbə münasibətilə səmimi qəlbdən təbrik edərək bildirdi ki, bu uğur Azərbaycan idmanının beynəlxalq arenada nə qədər güclü mövqeyə malik olduğunun sübutudur.
Bu zəfər, əlbəttə ki, bütün xalqımızı ürəkdən sevindirir və bir daha əyani şəkildə göstərir ki, Azərbaycanda güləş ənənələri uğurla davam və inkişaf etdirilir. Güləş bizim milli idman növümüzdür və bu sahədə əldə olunan hər bir nailiyyət genetik kodumuzda daşıdığımız pəhləvanlıq ruhunun canlanmasıdır. Beynəlxalq yarışlarda, mötəbər arenalarda bizim bayrağımız ən yüksək zirvəyə qaldırılanda və dövlət himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları sonsuz qürur hissi keçirir, böyük sevinclə bu tarixi anları paylaşır. Bayrağımızın dalğalanması sadəcə bir idman uğuru deyil, həm də dövlətimizin qüdrətinin və suverenliyinin rəmzi olaraq qəlbləri riqqətə gətirir.
Azərbaycan idmanının ümumi inkişaf mənzərəsinə nəzər saldıqda hər şeyin göz qabağında olduğunu, sistemli və ardıcıl islahatların bəhrə verdiyini görürük. Ölkəmizdə idman infrastrukturu müasirləşib, ən ucqar rayonlarda belə olimpiya idman kompleksləri fəaliyyət göstərir ki, bu da gənc nəslin fiziki sağlamlığının təmin olunmasında mühüm rol oynayır. Xüsusilə ölkəmizdə mütəmadi olaraq keçirilən nüfuzlu beynəlxalq idman yarışları müxtəlif idman növlərini populyarlaşdırır, uşaq və yeniyetmələrin bu sahəyə axınını stimullaşdırır. Bu dinamika gələcək qələbələrin təməlini qoyur. Dövlət başçısı qadın güləşinə də toxunaraq xüsusi inamını ifadə etdi. Əminliklə vurğulandı ki, gələcəkdə də bizim qızlarımız ən yüksək pillələrə qalxacaq, qızıl medallar qazanacaqlar. Bu məsələdə heç bir şübhənin olmaması ölkədə idmanın bütün qollarına bərabər və effektiv dəstəyin göstərilməsindən irəli gəlir.
İdmançılarımız təkcə fiziki gücləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə fərqlənirlər. Tanınmış idmançılar daim cəmiyyətin, xüsusilə də böyüməkdə olan gənc nəslin diqqət mərkəzindədirlər. Onların hər bir hərəkəti, davranışı minlərlə gənc üçün nümunə təşkil edir. Məhz buna görə də idmançılarımızın həm mübarizə meydanında, rəqiblərinə qarşı mübarizədə, həm də ondan kənarda, gündəlik həyatda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq lazımdır. Onlar Azərbaycanın ləyaqətli vətəndaşları və mənəvi dəyərlərimizin daşıyıcısı kimi cəmiyyətdə hörmət qazanırlar. Bu etik davranış və nizam-intizam çempionluq qədər dəyərlidir. Tiranadakı qələbə bir daha sübut etdi ki, Azərbaycan pəhləvanları həm fiziki, həm də mənəvi baxımdan zirvədədirlər və bu zəfər yolu hələ çox yeni uğurlara qapı açacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

