Azərbaycanda elm sahəsində ciddi islahatlar həyata keçirilir
19.12.2013 [09:32]
YAP Gənclər Birliyinin ofisində YAP Sədrinin müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində YAP Sədrinin müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, təşkilat mütəmadi olaraq gənclərin ölkəmizin nüfuzlu ictimai-siyasi xadimləri, həmçinin, elm xadimləri ilə görüşlərini təşkil edir. Onun sözlərinə görə, bu görüşlərin keçirilməsində əsas məqsəd ölkəmizin müxtəlif istiqamətlər üzrə qazandığı uğurları gənclərimizə daha dərindən öyrətmək və gəncləri maraqlandıran suallara cavab tapmaqdan ibarətdir: “Akademik Akif Əlizadə ölkəmizin nüfuzlu elm adamlarındandır. O, 23 yaşından elm sahəsində çalışır. Təbii ki, belə bir dəyərli insanla görüşmək, onun tövsiyələrini dinləmək gənclər üçün vacibdir”.
S.Orucov qeyd edib ki, YAP Gənclər Birliyinin sıralarında da xeyli sayda elm sahəsində çalışan gənclər var.
Görüşdə çıxış edən YAP Sədrinin müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə gənclərlə görüşdən məmnun olduğunu bildirib. O deyib ki, müasir dövrdə yüksək intellektli gəncliyin formalaşması hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir. Akademik qeyd edib ki, bütövlükdə ölkəmizin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib və böyük irəliləyişlər əldə edilib. Onun fikrincə, Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib: “Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən, elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Hazırda Azərbaycan iqtisadiyyatı dünyanı bürüyən böhran illərində də durmadan inkişaf edir. Regionların inkişaf proqramları uğurla icra edilir. Bakıətrafı kəndlərin, eləcə də, regionlarımızın sosial və iqtisadi məsələlərinin həlli üçün çox müfəssəl Dövlət proqramları qəbul edilir. Azərbaycan gözəlləşir, abadlaşır, güclü dövlətə çevrilir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və qiymətləndirir”.
AMEA-nın prezidenti qeyd edib ki, bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Onun sözlərinə görə, bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. “Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə elm və texnologiyaların qloballaşması xüsusi olaraq nəzərə alınır”, - deyə A.Əlizadə vurğulayıb.
A.Əlizadə bildirib ki, hazırda, AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin, ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib. Onun sözlərinə görə, alimlərin sosial-məişət problemləri, xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır. “İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, ABŞ-dan, Yaponiyadan, Koreyadan gəlir. Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur. Çünki ölkə Prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər ediblər. Hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri kadr hazırlığı məsələsidir və bu prosesdə gənclərin potensialından səmərəli istifadə etməliyik”, - deyə AMEA prezidenti vurğulayıb.
Akademikin fikrincə, Prezident İlham Əliyevin intellektual inkişaf modelinə əsaslanan siyasətinin nəticəsidir ki, ölkədə güclü intellektual insan resurslarının formalaşdırılması Azərbaycanın mühüm milli maraqlarından birinə çevrilib. A.Əlizadə qeyd edib ki, hazırda baş verən qlobal dəyişikliklər dünyanın köklü transformasiyası ilə bağlıdır: “Cəmiyyətlər özlərini yenidən təşkil edirlər. Həyat tərzinin əsasları dəyişir. Dünyanın keyfiyyətcə yeni infrastrukturuna keçid baş verir. Sosial institutların qurulma mexanizmləri və fəaliyyət məzmunu yenilənir. Müasir dövrün müstəqil dövlətləri üçün intellektlə hakimiyyətin vəhdəti getdikcə daha böyük əhəmiyyət kəsb edir. Dövlət idarəetməsində bu prinsipin əsas götürülməsinin nəticəsidir ki, Azərbaycanda da modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxıb. İndi cəmiyyətin ayrı-ayrı sosial qruplarının dövlət quruculuğunda fəal iştirak etməsinə və öz müstəqil dövlətinin keşiyində durmasına daha çox ehtiyac yaranıb. Bu prosesdə Azərbaycan cəmiyyətinin gənc, güclü, perspektivli intellekt sahiblərinin dövlətimizin həyata keçirdiyi siyasətin avanqardına çevrilməsi üçün zəmin yaranıb”.
AMEA-nın 34 institutunun fəaliyət göstərdiyini deyən A.Əlizadə bu institutların bütün sahələri əhatə etdiyini qeyd edib. Akademik bildirib ki, gənclərin elm sahəsinə marağının artması təqdirəlayiqdir. Onun sözlərinə görə, bundan sonra da gənc alimlərə fəaliyyət üçün geniş imkanlar yaradılacaq.
Daha sonra AMEA prezidenti, akademik A.Əlizadə gənclərin fikirlərini dinləyib, onların suallarını cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08

