İki ölkə arasında qarşılıqlı hörmətin və dostluğun göstəricisi
08.04.2026 [18:15]
2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Prezidentin çıxışı yalnız diplomatik nəzakət ifadəsi deyil, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin dərin tarixi köklərə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslandığını təsdiqləyən mühüm siyasi mesaj idi.
Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində aparılan müzakirələr göstərir ki, Azərbaycan artıq regionda yalnız iştirakçı deyil, təşəbbüskar və istiqamətverici dövlətdir. Bu isə ölkəmizin artan siyasi nüfuzunun və müstəqil siyasət yürütmə qabiliyyətinin bariz göstəricisidir.
Gürcüstan Azərbaycan üçün təkcə qonşu ölkə deyil, eyni zamanda tarixi, mədəni və mənəvi bağlarla sıx əlaqədə olduğumuz qardaş bir dövlətdir. Bu səbəbdən yenidən Gürcüstanda olmaq mənim üçün sadəcə bir səfər deyil, həm də xüsusi bir duyğu, dərin bir mənəvi təcrübədir. Bu torpağa hər gəlişimdə özümü yad hiss etmirəm, əksinə, doğma bir mühitdə olduğumu anlayıram. Gürcüstanın zəngin tarixi və mədəni irsi insanı ilk andan təsirləndirir. Tbilisinin qədim küçələrində gəzərkən, tarixin nəfəsini hiss etmək mümkündür. Buradakı memarlıq nümunələri, qədim kilsələr və dar küçələr sanki keçmişlə bu gün arasında bir körpü yaradır.
Cənab Prezident İlham Əliyev çıxışlarında Gürcüstanın əldə etdiyi uğurları da yüksək qiymətləndirir və bu münasibətlə Gürcüstan rəhbərliyini təbrik edir. Bu yanaşma iki ölkə arasında qarşılıqlı hörmətin və dostluğun göstəricisidir. Azərbaycan hər zaman Gürcüstanın inkişafını dəstəkləyir və bu ölkə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Bu gün Azərbaycan və Gürcüstan iki müstəqil dövlət kimi inamla inkişaf edir. İki ölkə arasında mövcud olan siyasi sabitlik və iqtisadi inkişaf regionda da müsbət təsir yaradır. Bu əməkdaşlıq modeli digər ölkələr üçün də nümunə ola bilər.
Eyni zamanda Azərbaycan və Gürcüstan regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində də birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq regionda sabitliyin qorunmasına və yeni münaqişələrin qarşısının alınmasına xidmət edir. İki ölkənin bu istiqamətdəki səyləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Gələcəkdə də Azərbaycan və Gürcüstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyi və yeni uğurlara imza atılacağı şübhəsizdir. Bu əməkdaşlıq həm region, həm də beynəlxalq səviyyədə sülh, sabitlik və inkişafın təmin olunmasına mühüm töhfə verəcəkdir.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30

