Cənubi Qafqaz sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir
07.04.2026 [14:25]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Möhkəm təməl üzərində qurulan Azərbaycan və Gürcüstanın dostluq əlaqələri dövrün çağırışlarına uyğun yüksək səviyyədə inkişaf edib. Hər iki xalqın maraqlarına uyğun olaraq siyasi, humanitar, ən başlıcası da iqtisadi və logistik sahələrində strateji tərəfdaşlıq əlaqələrinin inkişafı ölkələrimiz arasında münasibətlərin daha da zənginləşdirilməsinin təsdiqidir.
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri, səfər çərçivəsində ölkə liderimizin Gürcüstanın dövlət başçısı Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri, ölkələrimizin liderlərinin mətbuata bəyanatla çıxışları Azərbaycan və Gürcüstanın ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev bəyanatında diqqətə çatdırıb ki, Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir: “Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər”.
Gürcüstan və Azərbaycanın Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq mərkəzinə çevrildiyini bildirən ölkə liderimiz qeyd edib ki, bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim.
“Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir, bu, bizim üçün əsas nəqliyyat dəhlizidir. Bu gün yeni layihələr də irəli sürülür. Bizim münasibətlər digər qonşu ölkələr üçün nümunə ola bilər. Əminəm ki, bu yolla bundan sonra da uğurla gedəcəyik”. Ölkə rəhbərimizin Tbilisidə səsləndirdiyi bu fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin regional təhlükəsizlik və qlobal logistika üçün model xarakterli ittifaq olduğunu təsdiqlədi.
Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atdığına diqqət çəkə Prezident cənab İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.
Prezident İlham Əliyevə dövlətlərimiz arasında münasibətlərin gücləndirilməsinə verdiyi şəxsi töhfəyə görə təşəkkürünü bildirən Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətləri yüksəksəviyyəli şəxsi etimada və qarşılıqlı hörmətə söykənir.
Bəli, bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Azərbaycan və Gürcüstanın əməkdaşlıq əlaqələri Qafqazın geopolitikasında ən güclü müttəfiqlik əlaqələridir. Bu ölkələrin qardaşlıq, dostluq əlaqələrinin getdikcə daha da inkişafı təkcə ölkələrimiz üçün deyil, region, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasına şərait yaradıb.
Gürcüstan-Azərbaycan dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bundan sonra da tərəflər arasındakı əməkdaşlığın dərinləşməsinə, münasibətlərin müsbət istiqamətdə irəliləməsinə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41

