Tarixi həqiqətlər və milli yaddaşın bərpası
31.03.2026 [13:41]
Zəngin tarixə və çox qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın müstəqil, qüdrətli bir dövlət kimi mövcud olması hər zaman müəyyən dairələri, xüsusilə də erməniləri naraht etmişdir. Odur ki, fürsət düşən kimi Azərbaycana qarşı təcavüzlər edilmiş, xalqımıza qarşı olmazın cinayətlər törədilmişdir. Tarixə nəzər saldıqda bu cür halların dəfələrlə təkrar olunduğunu aydın görmək mümkündür. Azərbaycan xalqı belə bir faciəvi tarixi 1918-ci ildə də yaşamışdır. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən, bir sözlə o dövrkü ictimai-siyasi vəziyyətdən məharətlə istifadə edən ermənilər və onları dəstəkləyən mənfur qüvvələr 1918-ci ildə xalqımıza qarşı irimiqyaslı bir soyqırımı törətmişlər. Bolşevik-daşnak birləşmələri Bakıda, eləcə də Azərbaycanın Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Hacıqabul, Kürdəmir, Qarabağ, Zəngəzur və bir çox başqa yerlərində də soyqırımı davam etdirərək 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Bolşevik-daşnak birləşmələrinin törətmiş olduqları 1918-ci ilin mart soyqırımı həmin ilin sentyabr ayının ortalarınadək davam etmişdi.
1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını ilə başlayan və Azərbaycanın müxtəlif bölgələrini əhatə edən soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı xüsusilə fərqlənmişdir. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri ilə bərabər “Daşnaksutyun” partiyasının da 4 minlik silahlı dəstəsi iştirak etmişdir. 1918-ci ilin soyqırımı Şamaxı və Qubada xüsusi amansızlıqla törədilmiş, çoxlu sayda uşaq, qadın və qocalar qəddarlıqla qətlə yetirilmişdir. Qubada aşkarlanmış kütləvi məzarlıq erməni vəhşiliyinin əyani sübutdur.
Azərbaycanın tarixinə qanlı bir səhifə kimi yazılan bu faciəni uzun illər xalqımıza unutdurmağa çalışmışlar. Bu faciəvi hadisəyə yalnız Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına Prezidentliyi dövründə tarixi-siyasi qiymət verilmişdir. Ölkədə hər bir sahəyə, eyni zamanda milli mənəvi dəyərlərimizə və tariximizə hər zaman həssaslıqla yanaşaraq böyük önəm verən Ulu Öndər Heydər Əliyev 1918-ci ilin martında xalqımıza qarşı törədilmiş bu hadisəyə də çox böyük həssaslıqla yanaşmışdır.
Belə ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrini qeyd etmək məqsədi ilə Fərman imzalamış və bu Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırım Günü” elan edilmişdir. Ulu Öndər imzalamış olduğu bu Fərmanla xalqımıza qarşı törədilmiş 1918-ci il soyqırımına hərtərəfli və dolğun münasibət bildirərək siyasi qiymət vermiş, eyni zamanda bu soyqırımın xalqımızın yaddaşından silinməməsi üçün 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” elan etməklə tarixi bir addım atmışdır.
Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələrini davam etdirən cənab Prezidentimiz İlham Əliyev də bu hadisəyə yüksək həssaslıqla yanaşmış və dəfələrlə xarici ölkələrdə səfərdə olarkən, eyni zamanda beynəlxalq təşkilatlarda çıxış edərkən 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş olan soyqırımı haqqında məlumat vermiş və Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Bütün bunlardan əlavə, 1918-ci il həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu ildə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də rəsmi açılmışı qeyd olunmuşdur.
Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə cənab Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalamışdır. Həmin Sərəncamdan irəli gələrək Azərbaycan Respublikasının Milli Məclisində azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi dinləmələr də keçirmişdir. Bir sözlə, dövlətimiz 1918-ci ildə törədilmiş soyqırımı da daxil olmaqla, digər tarixlərdə xalqımıza qarşı törədilmiş faciə və haqsızlıqları bütün dünya ictimaiyyətinə bəyan etməkdədir. Ümumiyyətlə, bu sahədə davamlı olaraq hərtərəfli işlər görülür. Qubada aşkarlanmış olan və 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımının vəhşiliklərini bariz şəkildə sübut edən kütləvi insan məzarlığının hər zaman diqqət mərkəzində saxlanılması, xaricdən ölkəmizə gələn siyasət, mədəniyyət və incəsənət xadimlərinin, bir sözlə tanınmış şəxslərin Quba Soyqırımı Memorial Kompleksinə səfərlərinin təşkil olunaraq 1918-ci ildə xalqımıza qarşı törədilimiş cinayətlərin əyani formada göstərilməsi bu sahədə görülən işlərə bariz nümunədir.
1918-ci ildə xalqımıza qarşı ermənilər və onların havadarları tərəfindən törədilmiş olan soyqırımının bütün dünyaya bəyan edilərək tanıdılmasında dövlətimizlə yanaşı adi vətəndaşlarımız, ən əsas da gənclərimiz fəal olmalıdırlar. Belə ki, hər bir Azərbaycan gənci ölkəmizin tarixini mükəmməl öyrənməli və Azərbaycan həqiqətlərini yorulmadan dünyaya bəyan etməlidir.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

