YAP Bərdə rayon təşkilatının 33 illiyi qeyd olunub
14.03.2026 [14:27]
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının təsis edilməsinin 33 illiyi münasibətilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə nümayəndəliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin təlimçi və benefisiarları tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya geniş məruzə ilə partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Yeni Azərbaycan Partiyasının formalaşmasından və xalqın bu siyasi təşkilat ətrafında sıx birləşməsindən bəhs edib. Qeyd olunub ki, bu gün də Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti xalqın arzuları ilə vəhdət təşkil edir.
Faqət Şadlinskaya qeyd edib ki, torpaqların işğaldan azad olunması və əldə edilən böyük Qələbə xalq-iqtidar-ordu birliyinin sarsılmazlığını nümayiş etdirərək dövlətin suverenliyinin tam bərpası ilə nəticələnib. O həmçinin vurğulayıb ki, hazırda YAP Bərdə rayon təşkilatı 13 mindən çox üzvü birləşdirir. Rayon təşkilatının sədri dövlət əhəmiyyətli tədbirlərdə və müxtəlif ictimai kampaniyalarda partiya üzvlərinin fəal iştirakını xüsusi qeyd edərək onlara təşəkkür edib.
Konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari də tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosialyönümlü dövlət siyasəti bu gün də uğurla davam etdirilir. Elnarə Ənsari qeyd edib ki, rayonun ictimai-siyasi həyatında fəallığın daha da artırılması, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və xüsusilə gənclərin cəmiyyət həyatında iştirakının təşviqi istiqamətində Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Elnarə Ənsari, həmçinin YAP Bərdə rayon təşkilatı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialı arasında səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb və bu əməkdaşlığın sosial həmrəyliyin möhkəmləndirilməsinə, inklüziv dəyərlərin təşviqinə mühüm töhfə verdiyini bildirib.
Konfransda çıxış edən YAP fəalları – şəhid anası Mehparə Qəribova, Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov və rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Rəfibəyli çıxış edərək böyük uğurlara və qələbələrə imza atan Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər.
Konfrans çərçivəsində YAP fəallarından bir qrupuna rayon təşkilatının fəxri fərmanları təqdim olunub, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib. Eyni zamanda, bir qrup yubilyar və gənc fəal rayon təşkilatının qiymətli hədiyyələri ilə təltif olunub.
Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Konfrans Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə nümayəndəliyi tərəfindən təşkil olunmuş konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22

