Sülh prosesinə doğru real addımlar
13.03.2026 [17:32]
Azərbaycan 1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, 2004-cü ildən Avropa Qonşuluq Siyasəti, 2009-cu ildən isə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Quruma üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayıb. Bu, o deməkdir ki, ölkəmiz Avropa İttifaqı ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirən dövlət kimi nüfuz qazanıb. Hazırda Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Yaranmış isti münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.
Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurulan münasibətləri martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək və geniş tərkibdə görüşlərində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Dövlət Başçımızın bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Son illər ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər arasında strateji əməkdaşlığın genişlənməsindən xəbər verir. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı, etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu. 10 Avropa ölkəsinə qazın ixrac edilməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. Həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı, Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına diqqət yönəldildi. Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Ölkə Rəhbərinin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir. Eyni zamanda, əməkdaşlıq artıq yalnız ticarət müstəvisində deyil. Qarşılıqlı investisiyalar, sənaye layihələri və yeni maliyyə imkanları tərəfdaşlığın iqtisadi əsaslarını daha da gücləndirir. Azərbaycan artıq təkcə investisiya cəlb edən ölkə deyil, həm də Avropada aktiv sərmayə yatıran dövlət kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan - Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əlaqələri daha sistemli və uzunmüddətli xarakterə gətirib. Prezident İlham Əliyevin bəyanatına görə, yaxın iki-üç il ərzində Azərbaycan qaz hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yeni yataqların istismara verilməsi nəticəsində mövcud həcmlərə əlavə olaraq minimum 10 milyard kubmetr qazın bazara çıxarılması nəzərdə tutulur.
Azərbaycan enerji əməkdaşlığını yalnız ənənəvi karbohidrogen resursları ilə məhdudlaşdırmır. Dövlət başçısının vurğuladığı kimi, ölkə paralel olaraq bərpaolunan enerji istiqamətində də böyük layihələr həyata keçirir.Külək, Günəş və su elektrik enerjisi üzrə geniş potensiala malik olan Azərbaycan yaxın 5 - 6 il ərzində ixrac üçün hazır olan 6 - 8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Xəzər hövzəsində külək enerjisi, ölkənin cənub və qərb bölgələrində isə günəş enerjisi layihələri artıq beynəlxalq investorların diqqətini cəlb edir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda formalaşan yeni sülh mühitidir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, Dövlət Başçısının qeyd etdiyi kimi, ölkə yalnız son yeddi ay ərzində tam sülh şəraitində yaşamağa başlayıb. Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişi regionda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradıb. Artıq iqtisadi əməkdaşlıq istiqamətində də konkret addımlar atılır. Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb, eyni zamanda digər ölkələrdən Ermənistana yönələn yüklərin Azərbaycan ərazisindən tranziti üçün məhdudiyyətlər aradan qaldırılıb.
Analitiklərin fikrincə bu addımlar yalnız siyasi bəyanatlar deyil, real əməkdaşlıq nümunələri kimi sülh prosesinə praktiki məzmun qazandırır. Orta Dəhliz və yeni iqtisadi imkanlar da zamanın öncül mövzularındandır.
Asəf Salmanov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

