Azərbaycan–Avropa İttifaqı münasibətləri strateji tərəfdaşlıq mərhələsində
13.03.2026 [11:43]
Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən bəri keçən üç onillik ərzində Azərbaycan – Avropa İttifaqı (Aİ) münasibətləri dinamik inkişaf yolu keçmişdir. Bu münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və təhlükəsizlik məsələlərini əhatə etməklə, Azərbaycan xarici siyasətinin və Aİ-nin Cənubi Qafqaz strategiyasının vacib tərkib hissəsinə çevrilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında rəsmi münasibətlər müstəqillik dövrünün əvvəlindən qurulmağa başlamışdır. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra Avropa İttifaqı Azərbaycanı müstəqil dövlət kimi tanımış və iqtisadi-siyasi dəstək göstərməyə başlamışdır. 1996-cı ildə Lüksemburqda Azərbaycan Respublikası ilə Aİ arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmış və bu saziş 1999-cu ildə qüvvəyə minmişdir. Həmin sənəd siyasi dialoq, ticarət, sərmayə qoyuluşu, hüquqi islahatlar, elm və mədəniyyət sahələrində əməkdaşlıq üçün çərçivə yaratmışdır. 2004-cü ildə Azərbaycan Aİ-nin “Avropa Qonşuluq Siyasəti”nə, 2009-cu ildə isə “Şərq Tərəfdaşlığı” proqramına qoşulmuşdur. Bu addımlar ölkənin Avropa ilə inteqrasiya prosesində yeni mərhələ olmuş, islahatların sürətlənməsinə və institusional inkişafına töhfə vermişdir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Bu səfər tərəflər arasında siyasi dialoqun intensivliyini, iqtisadi əməkdaşlığın genişlənməsini və enerji sahəsində tərəfdaşlığın möhkəmləndiyini göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. Əminliklə deyə bilərik ki, tərəflər arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan fəal siyasi dialoq mövcuddur. Prezident İlham Əliyev görüş zamanı Azərbaycan–Avropa İttifaqı əlaqələrinin dinamik inkişafını belə ifadə etmişdir: “Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.”
Cənab Prezidentin bu fikirləri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin real iqtisadi göstəricilərə və qarşılıqlı maraqlara əsaslandığını göstərir. Ticarət dövriyyəsinin mühüm hissəsinin Avropa İttifaqının payına düşməsi bu qurumun Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. Bu fakt həm də Azərbaycanın Avropa iqtisadi məkanı ilə sıx əməkdaşlıq edən və qarşılıqlı faydalı tərəfdaşlıq modelini uğurla formalaşdıran ölkə olduğunu nümayiş etdirir.
Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məqam qarşılıqlı investisiya imkanlarının genişlənməsidir. Azərbaycan artıq təkcə xarici investisiyaları cəlb edən ölkə deyil, eyni zamanda Avropa iqtisadi məkanına sərmayə yatıran fəal tərəfdaş kimi çıxış edir. Bu tendensiya ölkə iqtisadiyyatının dayanıqlılığının və beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyinin gücləndiyini göstərən mühüm göstəricilərdən biridir.
Bu faktlar Azərbaycanın qlobal enerji bazarında artan rolunu açıq şəkildə göstərir. Avropa ölkələrinin enerji mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi ön plana çıxır. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan qazı artıq Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu isə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan ölkəmizin beynəlxalq mövqelərinin gücləndiyini göstərir.
Eyni zamanda Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat və logistika layihələri regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

