Azərbaycan qadınının cəmiyyətin inkişafındakı mühüm rolu
06.03.2026 [14:30]
Azərbaycan qadını tarixən xalqımızın milli-mənəvi dəyərlər sistemində mühüm yer tutmuş, ailə institutu, mənəviyyat, mədəniyyət və ictimai həyatın formalaşmasında aparıcı rol oynamışdır. Azərbaycan ailə dəyərlərinin formalaşması və davam etdirilməsində qadınların rolu əvəzsizdir. Azərbaycan qadınları tarix boyu ölkənin inkişafında mühüm rol oynamış və Azərbaycanın müstəqillik əldə etməsindən sonra da bu ənənə uğurla davam etməkdədir.
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü kimi qeyd olunur. Bu bayramın tarixi kökləri uzun illərə dayanır. Azərbaycanda bu gün qadınlar öz azad hüquqlarına malikdir. Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyi bacarıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi, əzmi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxmağı bacara bilib.Azərbaycan qadınları sürətlə maariflənir.Keçmişimizin unudulmaz səhifələrində möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimiz vardır. Yüksək ləyaqətin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları olan xanımlarımız öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət göstərirlər. Tarix boyu ləyaqətini uca tutan Azərbaycan qadını mübarizliyi ilə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal olmuşdur.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Tarix boyu milli dəyərlərə sadiq qalan qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz hərtərəfli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycan qadınının nüfuzunu yüksəltməkdə mühüm rol oynayır. Onun parlaq liderliyi, xeyirxahlıq missiyası, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsimizin dünyada təbliği istiqamətində gördüyü işlər nümunəvi və təqdirəlayiqdir.
Mehriban xanım Əliyeva ölkənin “yumşaq güc” siyasətinin ən bariz təzahürlərindən biri olaraq, humanitar layihələri və diplomatik təşəbbüsləri ilə Azərbaycanın beynəlxalq arenada dostlarının sayını artırır. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının əsas təmsilçisinə çevrilmiş, ölkəmizi dünya miqyasında tanıdan genişmiqyaslı layihələrə imza atmışdır. Bu fondun həyata keçirdiyi sosial və xeyriyyəçilik tədbirləri müxtəlif ölkələri və qitələri əhatə edərək, Azərbaycan xalqının humanist və yüksək dəyərlərə malik olduğunu bir daha nümayiş etdirir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan çoxsaylı mühüm layihələr Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfə verir. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının mərhəmət və xeyirxahlığını, yüksək intellektual potensialını və əxlaqi dəyərlərini dünyaya nümayiş etdirən mühüm bir örnəkdir.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəmizin inkişafına, tərəqqisinə böyük töhfələr verirlər.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50

