/ / Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Strategiyası: Azərbaycanın Regional Enerji Arxitekturasında Artan Rolu
Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Strategiyası: Azərbaycanın Regional Enerji Arxitekturasında Artan Rolu
05.03.2026 [12:39]
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları təkcə növbəti diplomatik tədbir deyil, həm də Azərbaycanın enerji siyasətinin strateji trayektoriyasını müəyyən edən mühüm platforma kimi yadda qaldı. Tədbirdə çıxış edən prezident İlham Əliyev qlobal enerji gündəliyində baş verən dəyişikliklər fonunda Azərbaycanın artan rolunu konseptual şəkildə təqdim etdi və enerji təhlükəsizliyinin müasir beynəlxalq münasibətlər sistemində yeni məzmun kəsb etdiyini vurğuladı. Prezident qeyd etdi ki, enerji resurslarına çıxış, marşrutların şaxələndirilməsi və təchizatın dayanıqlılığı artıq dövlətlərin iqtisadi inkişafı ilə yanaşı, onların siyasi suverenliyi və milli təhlükəsizliyi üçün əsas şərtlərdən birinə çevrilib.
Son illər qlobal enerji bazarlarında müşahidə olunan dalğalanmalar, geosiyasi qarşıdurmalar və təchizat zəncirlərində yaranan fasilələr enerji təhlükəsizliyi anlayışını daha da aktuallaşdırıb. Bu şəraitdə Azərbaycan uzunmüddətli müqavilələrə sadiqliyi, infrastruktur layihələrinin vaxtında icrası və tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan münasibətləri ilə etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri heç vaxt siyasi alətə çevrilməyib və kommersiya prinsiplərinə, qarşılıqlı faydaya əsaslanıb. Bu yanaşma isə ölkəyə beynəlxalq enerji dialoqunda sabit və proqnozlaşdırılan tərəfdaş imici qazandırıb.
Bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji strategiyasının mərkəzi sütunu kimi çıxış edir. Xəzər hövzəsindən hasil olunan təbii qazın Cənubi Qafqaz, Türkiyə və Avropa üzərindən nəqlini təmin edən bu genişmiqyaslı infrastruktur sistemi bir neçə ölkəni və transmilli şirkətləri vahid enerji platformasında birləşdirir. Layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır, çünki o, Avropa məkanında enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə real töhfə verir. Prezident çıxışında qeyd etdi ki, artan tələbat fonunda mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi və hasilatın artırılması istiqamətində işlər davam etdirilir. Bu, Azərbaycanın öz resurs potensialını bazar tələbi ilə uzlaşdırmaq qabiliyyətini göstərir.
Cənub Qaz Dəhlizi eyni zamanda regionlararası əməkdaşlığın uğurlu modelidir. Müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətlərin vahid strateji məqsəd ətrafında birləşməsi enerji diplomatiyasının effektiv alətə çevrildiyini nümayiş etdirir. Bakıdakı iclas çərçivəsində aparılan müzakirələr göstərdi ki, iştirakçı ölkələr layihənin uzunmüddətli perspektivinə böyük əhəmiyyət verir və qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Bu isə Azərbaycanın regional enerji arxitekturasında mərkəzi rolunu daha da gücləndirir.
Eyni zamanda keçirilən Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın enerji siyasətində paralel transformasiya prosesinin getdiyini açıq şəkildə ortaya qoydu. Prezident İlham Əliyev bildirdi ki, qlobal enerji keçidi qaçılmazdır və Azərbaycan bu prosesdə passiv müşahidəçi deyil, fəal iştirakçı kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi ölkənin postmünaqişə dövründə quruculuq siyasəti ilə enerji strategiyasının inteqrasiyasını əks etdirir. Bu yanaşma yalnız iqtisadi səmərəlilik deyil, həm də ekoloji dayanıqlılıq və innovativ texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəzər dənizinin külək enerjisi potensialı beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu sahədə artıq konkret layihələrin icrasına başlanılıb. Günəş enerjisi stansiyalarının qurulması, xarici investorların cəlb edilməsi və bərpaolunan enerji üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycanın uzunmüddətli enerji strategiyasının əsas istiqamətlərindəndir. Prezident çıxışında vurğuladı ki, gələcəkdə Azərbaycan yalnız təbii qaz deyil, həm də “yaşıl enerji” ixrac edən ölkə kimi çıxış etməyi hədəfləyir. Bu məqsədlə regional elektrik bağlantılarının genişləndirilməsi və yeni ixrac marşrutlarının yaradılması məsələləri də gündəmdədir.
Ənənəvi enerji ilə bərpaolunan enerji arasında balansın qorunması Prezidentin çıxışında əsas tezislərdən biri oldu. Təbii qaz bir çox ölkələr üçün enerji keçidi dövründə daha az karbon emissiyası yaradan alternativ kimi çıxış edir və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, dekarbonizasiya, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi enerji sektorunun modernləşdirilməsini zəruri edir. Azərbaycan bu iki istiqaməti paralel şəkildə inkişaf etdirərək həm mövcud bazar tələblərinə cavab verir, həm də gələcək dayanıqlı enerji modelinin əsaslarını formalaşdırır.
Bakı iclasları bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə enerji resurslarına malik ölkə deyil, həm də enerji siyasətini strateji planlaşdırma, diplomatik fəallıq və iqtisadi şaxələndirmə ilə uzlaşdıran regional gücdür. Enerji layihələri ölkənin beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, daxili iqtisadi inkişaf, infrastrukturun yenilənməsi və sosial rifahın yüksəldilməsi üçün də mühüm resurs rolunu oynayır. Bu baxımdan enerji sektoru milli inkişaf modelinin aparıcı sütunlarından biri kimi çıxış edir.
Nəticə etibarilə, Cənub Qaz Dəhlizi və yaşıl enerji strategiyası Azərbaycanın enerji siyasətinin iki tamamlayıcı istiqamətini təşkil edir. Bir tərəfdən, mövcud karbohidrogen resurslarının səmərəli və təhlükəsiz şəkildə beynəlxalq bazarlara çıxarılması təmin olunur, digər tərəfdən isə gələcəyin enerji sisteminə inteqrasiya üçün zəruri institusional və texnoloji baza yaradılır. Prezident İlham Əliyevin Bakı iclaslarındakı çıxışı bu strategiyanın ardıcıl, düşünülmüş və uzunmüddətli xarakter daşıdığını bir daha təsdiqlədi. Azərbaycanın regional enerji arxitekturasında artan rolu isə onu göstərir ki, ölkə qlobal enerji xəritəsində etibarlı tərəfdaş, təşəbbüskar aktor və dayanıqlı inkişaf modelini həyata keçirən mühüm dövlət kimi mövqeyini getdikcə daha da möhkəmləndirir.
Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22

