Xocalı Memorial, Kompleksi Azərbaycan xalqının əyilməz ruhununun və ədalətin təntənəsidir
02.03.2026 [12:35]
Ötən əsrdə xalqımıza qarşı erməni şovinistləri tərəfindən törədilmiş ən qanlı və faciəvi cinayətlərdən biri olan Xocalı soyqırımından 34 il ötür. Bu gün Xocalı qurbanlarının əziz xatirəsinin ehtiramla anılması dövlətimizin gücünün və qüdrətinin bariz ifadəsidir. Eyni zamanda, bu anım mərasimi xalqımızın tarixi Zəfərə aparan yolda nümayiş etdirdiyi sarsılmaz iradənin, milli qürurun və mənəvi dirənişin rəmzidir.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial haqqında məlumat verib.
Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında reallaşdırılıb.
Memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır. Kompleksi dörd tərəfdən əhatə edən monolit divarlar Xocalı sakinlərini qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Həyətə qışın sonunda çiçək açan, yazın müjdəçisi olan badam ağacları əkilib. “Xocalıya ədalət” kampaniyasının rəmzi kimi seçilən badam çiçəyi 1992-ci ilin fevralında törədilmiş soyqırımına münasibətdə ədalətin bərpası ideyasını ifadə edir.
Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalları yaradılıb. Ziyarətçiləri “Faciənin siması” instalyasiyası qarşılayır. Müəllifləri Rəşad Ələkbərov və Azər Rüstəmov olan bu instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını, qətlə yetirilmiş dinc sakinləri və məhv edilmiş ailələri simvolik şəkildə canlandırır. Tavan boyunca uçuşan göyərçin maketləri isə faciə zamanı qətlə yetirilmiş günahsız insanların xatirəsinə ehtiram və dünyaya ünvanlanan sülh mesajıdır.
Ekspozisiyada “Xocalı – qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma” bölmələri vasitəsilə Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması və ümummilli lider Heydər Əliyevin soyqırıma verdiyi siyasi-hüquqi qiymət sənədlər və faktlar əsasında təqdim olunur. İnteraktiv Xocalı maketində faciə günü yaşanan hadisələr barədə məlumatlar əks etdirilib.
İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası nümayiş olunur. Burada tamamilə məhv edilmiş 8 ailənin taleyi, yarımçıq qalmış arzular və sükuta qərq olmuş həyat hekayələri süni intellekt texnologiyası ilə hazırlanmış videoçarx vasitəsilə təqdim edilir.
Ekspozisiyada Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində apardığı siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, Fondun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər, müxtəlif ölkələrdə ucaldılmış abidələrin maketləri və nəşr edilmiş materiallar da yer alıb.
Ekspozisiya 44 günlük Vətən müharibəsi, dövlət suverenliyinin tam bərpası, “Böyük Qayıdış” proqramı və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır.
Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün akt zalı nəzərdə tutulub. Bu kompleks memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən mühüm məkandır.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda soyqırımı törədib. Faciə nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl insan olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biridir və Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Dövlət başçısı vurğulayıb ki, müstəqil Azərbaycan bu gün 1992-ci ilin zəif Azərbaycanı deyil, güclü, özünü müdafiə etməyə qadir dövlətdir. O qeyd edib ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, hərbi cinayətkarlar ədalət qarşısında cavab veriblər.
Prezident bildirib ki, Xocalı Soyqırımı Memorialının məhz Xocalıda ucaldılması tarixi ədalətin təntənəsidir. Bu kompleks xalqımızın əyilməz ruhunun, milli birliyinin və qətiyyətinin simvoludur. Azərbaycan xalqı ədaləti öz gücü ilə təmin edib və bundan sonra da daim ayıq-sayıq, güclü olmalıdır.
Bu gün Xocalı qurbanlarının xatirəsi qalib ölkənin və qalib xalqın övladları tərəfindən anılır. Onların qanı yerdə qalmadı, tarixi ədalət bərpa olundu. Ucaldılan Memorial isə soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq və gələcək nəsillərə həqiqətləri çatdıracaq.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20

