Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır
23.02.2026 [16:35]
Prezident cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında vurğulanan məqamlar iki ölkə arasında formalaşmış etibarlı siyasi dialoqun, qarşılıqlı dəstəyə əsaslanan prinsipial mövqeyin və uzunmüddətli strateji planların konturlarını aydın şəkildə ortaya qoyur. Prezident cənab İlham Əliyevin “bizim təmaslarımız uzun illərdir ki, davam edir” fikri Azərbaycan–Serbiya münasibətlərinin təsadüfi deyil, sistemli və ardıcıl xarakter daşıdığını göstərir. Bakı ilə Belqrad arasında əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulub.
Beynəlxalq platformalarda qarşılıqlı dəstək – xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqe bu tərəfdaşlığın əsas sütunlarından biridir. Bu amil iki ölkənin strateji etimad mühitini daha da möhkəmləndirir. Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi əməkdaşlığın institusional çərçivəsinin gücləndirilməsi baxımından mühüm addımdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, gələcək üçün “açıq-aydın planlar” mövcuddur. Bu planlar üç əsas istiqaməti əhatə edir.Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika və nəqliyyat sahəsində sinerjinin gücləndirilməsi. Xüsusilə nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Orta Dəhliz kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda tranzit və enerji qovşağı kimi mövqeyini möhkəmləndirdiyi bir vaxtda, Serbiya da Balkan regionunda strateji logistika mərkəzi rolunu gücləndirməyə çalışır.
Səfərin ən mühüm istiqamətlərindən biri energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi oldu. Prezident cənab İlham Əliyevin Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır bəyanatı iki ölkə arasında iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu layihə Serbiyanın daxili enerji istehsal gücünü artıracaq, enerji təhlükəsizliyini möhkəmləndirəcək, regional enerji bazarında rəqabət qabiliyyətini yüksəldəcək. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qərar enerji əməkdaşlığının real nəticələrini ortaya qoyur. Azərbaycan qazının Serbiyada elektrik enerjisinə çevrilməsi həm daxili tələbatın ödənilməsi, həm də gələcək ixrac imkanları baxımından əhəmiyyətlidir. Səfər çərçivəsində imzalanmış sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirir və əməkdaşlığın konkret istiqamətlər üzrə genişlənməsinə zəmin yaradır. Bu səfər göstərdi ki, Bakı və Belqrad arasında qurulan strateji körpü uzunmüddətli və dayanıqlı perspektivə malikdir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

