Azərbaycan qlobal miqyasda nüfuzlu dövlət və etibarlı tərəfdaşdır
23.02.2026 [14:05]
“Gənclərin siyasət və analitika mərkəzi” layihəsinin açılış tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili layihəsinin açılış tədbiri keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək layihənin əhəmiyyəti, əsas ideya və gələcək fəaliyyəti ilə bağlı məlumat veriblər. Qeyd olunub ki, layihənin əsas məqsədi gənclərin strateji düşüncə və analitik bacarıqlarının inkişaf etdirilməsi, regional və beynəlxalq prosesləri düzgün qiymətləndirmə qabiliyyətlərinin gücləndirilməsidir.
Sonra Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, “Baku Network” Ekspert Platformasının direktoru, Əməkdar jurnalist Elçin Alıoğlu “Müasir geosiyasi proseslər və Azərbaycan” mövzusunda təlim keçib.
Bildirilib ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçib. Qeyd olunub ki, qlobal güc balansının dəyişməsi, regional münaqişələr, enerji təhlükəsizliyi məsələləri, nəqliyyat-logistika xətlərinin yenidən formalaşması və rəqəmsal transformasiya geosiyasi proseslərin əsas istiqamətlərini müəyyən edir. Bu mürəkkəb şəraitdə isə Azərbaycanın rolu və mövqeyi xüsusi əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, Azərbaycan milli maraqlara əsaslanan xarici siyasət kursu yürüdərək həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan Cənubi Qafqaz regionunda Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən strateji körpü rolunu oynayır. Bu baxımdan Orta Dəhliz layihəsi və beynəlxalq nəqliyyat marşrutları Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirir. Eyni zamanda, enerji təhlükəsizliyi sahəsində mühüm aktor kimi çıxış edən Azərbaycan Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çatdırılmasında da əhəmiyyətli rol oynayır.
Tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

