Azərbaycan Avropada etibarlı tərəfdaş kimi qəbul olunur
18.02.2026 [12:19]
Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri bu gün ölkə mətbuatında geniş müzakirə edilir. Bu səfər Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nə qədər səylər göstərdiyini və uğurlu nəticələrə imza atdığını bir daha təsdiqlədi. Azərbaycan və Serbiya arasında münasibətlər tarixi köklərə söykənməklə yanaşı, son illərdə yeni istiqamətlər üzrə uğurla inkişaf etməkdədir. Cənab İlham Əliyevin bu səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi də özündə mühüm məqamları ehtiva etdi.
Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş kimi qəbul olunur. Serbiya ilə münasibətlərimiz Azərbaycanın Avropanın enerji və nəqliyyat xəritəsində rolunun artmasında əhəmiyyətli rol oynayır. Serbiya- Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlərin müzakirə edildiyini önə çəkən Prezident İLham Əliyev onu da bildirdi ki, bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.
Serbiya Prezidenti əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq bu mühüm hadisəyə də xüsusi diqqət yönəltdi. Vurğuladı ki, iki ölkə arasında turizmin artması və mayın 3-də Belqrad və Bakı arasında “Air Serbia” vasitəsilə həyata keçiriləcək birbaşa reysin açılması buna xüsusi töhfə verəcək: “Mən Serbiyanın bütün vətəndaşlarına şəxsən deyə bilərəm ki, Bakı gözəl şəhərdir. Onlar orada bir çox yeniliklər görə bilərlər. Şəhər Xəzər dənizinin sahilində yerləşir. O, təmiz, səliqəli şəhərdir. Mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm, Prezident Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm. Orada möhtəşəm muzeylər var. Bulvarlar, mehriban insanlar, təhlükəsizlik mümkün olan ən yüksək səviyyədədir. Beləliklə, bu, Serbiya vətəndaşlarına Azərbaycana səfər etmək üçün açıq bir dəvətdir. Mən Azərbaycan vətəndaşlarını Serbiyanı ziyarət etməyə, bu ölkəni sevməyə dəvət etmək istəyirəm. Serbiya Avropa qitəsində təhlükəsizliyi ən yüksək səviyyədə olan ölkələr sırasındadır. Bizim Azərbaycan xalqı ilə qardaş və dost münasibətlərimiz var”.
Səfər çərçivəsində imzalanan sənədlər də əlaqələrimizin gələcək inkişafının təqdimatı oldu. Bu günədək Azərbaycan-Serbiya münasibətlərinin inkişafına xidmət edən 57 sənəd imzalanıb. Dövlət başçısı İlham Əliyevin budəfəki səfəri zamanı da imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Belə ki, Belqradda Prezidentlərin iştirakı ilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq Sazişi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiyanın İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu, həmçinin media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu, idman sahəsində Anlaşma Memorandumu, tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
Göründüyü kimi, Azərbaycan-Serbiya əlaqələrinin uğurlu inkişafı üçün bütün imkanlar mövcuddur. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

