YAP Xəzər rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirib
20.11.2013 [09:27]
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir
Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibəti ilə Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov partiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edib.
N.Əhmədov qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən YAP-ın sıraları çox keçmədən kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Partiyanın şəhər və rayon təşkilatları təsis olunub. 21 illik tarixdə şərəfli yol keçən YAP bir-birindən əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb. Bu gün partiyanın sıralarında 600 mindən çox üzvün birləşməsi Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov tədbirdə çıxış edərək bildirib ki, yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. “Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qarantıdır”, - deyən Siyavuş Novruzov “partiya hansı zərurətdən yaranıb” sualının daha dolğun şəkildə Ulu öndər Heydər Əliyev tərəfindən 91-lərin müraciətinə cavabında cavablandırıldığını diqqətə çatdırıb. Həmin müraciətə cavabında Ümummilli lider Heydər Əliyev bildirib: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Siyavuş Novruzov partiyanın bugünkü uğurlarının gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verdiyini də deyib: “YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir”.
Toplantıda çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizin uğurlarından danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, YAP-ın iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olub.
Tədbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov paytaxt və bölgələrdə geniş vüsət alan abadlıq, quruculuq işlərindən danışıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin edilib, Azərbaycan dinamik iqtisadi inkişafı ilə dünyanın diqqətindədir.
Toplantıda digər çıxış edənlər də partiyanın bu gün nəinki ölkəmizdə, regionda aparıcı siyasi təşkilat olduğunu qeyd ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının fəallarına fəxri fərmanlar təltif edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

