Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
20.11.2013 [09:18]
YAP-ın yaranmasının 21-ci ildönümü Daşkəsən rayonunda təntənəli surətdə qeyd edilib
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibətilə partiyanın rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərə yekun vurulub. Dünən bu məqsədlə şəhərin “Yeni həyat” şadlıq evində tədbir keçirilib.
Tədbirdə çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb: “Belə ki, 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmiz faciələrlə üzləşdi. Bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, şəxsi maraqların dövlət mənafelərindən üstün tutulması daxili ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan siyasi partiyanın yaradılması tarixin tələbi idi. 1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvələrinin Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməsi və xalqımızın həyatını kökündən dəyişdirən Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisəyə çevrildi. Ümummilli lider Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində atəşkəs əldə edildi, böhran aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi demokratik prinsiplər əsasında formalaşmağa başladı. Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu. Son 10 ildə ölkədə əfsanə kimi görünən işlər real həyatda əksini tapdı. Eyni zamanda, bölgələrimizlə yanaşı, rayonumuz da öz simasını dəyişərək Avropa şəhərlərini xatırladır”.
Daşkəsən rayonunun sosial-iqtisadi inkişafından da danışan Əhəd Abıyev deyib ki, təkcə 2013-cü ildə rayonun Quşçu, Mollahəsənli, Muşavaq, Əmirvar, Əmirvar-Əhmədli, Bayan kəndlərində və Daşkəsən qəsəbəsində yeni müasir tipli məktəb binaları tikilib, 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib: “Hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin yeni və müasir tipli inzibati binasının, şəhər avtovağzal kompleksinin tikintisi uğurla davam etdirilir. Çovdar qızıl zavodunda, Statistika idarəsinin inzibati binasında, Xoşbulaq kəndində Gənclərin Təlim və İstirahət mərkəzində, Daşkəsən şəhərində və Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binalarında son tamamlama işləri aparılır. Şəhərimizdə “Yeni həyat” şadlıq sarayının inşası, şəhərin küçələrinin asfaltlaşdırılması, su-kanalizasiya xətlərinin dəyişdirilməsi, 32-dən artıq çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin müasir tipli yeni dəmir örtüklü şiferlərlə əvəz olunması, istinad divarlarının, bordurların təmir edilməsi, rayonun girəcəyində Bayraq meydanının və istirahət parkının istifadəyə verilməsi belə deməyə əsas verir ki, “Yeni Daşkəsən” layihəsi uğurla icra olunmaqdadır. Həmçinin, bu il ərzində Bayan kəndində müasir tipli yeni poçt binası tikilmiş, Quşçu kəndinə isə yeni içməli su xətti çəkilmişdir.
Rayonumuzda Zağalı-Kollu-Çıraqlı və Xoşbulaq-Astaf avtomobil yollarının əsaslı təmir işləri də uğurla davam etdirilir. Bütün bunlar isə aparılan düzgün siyasətin, Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olmasının bir daha əyani sübutudur. Bütün bu işlərin uğurlu həllində, qələbələrin qazanılmasında bizi ruhlandıran, gələcəyə inamla aparan Yeni Azərbaycan Partiyasının Sədri, dünya şöhrətli siyasətçi möhtərəm Prezidentimiz İlham Əliyevdir. Biz həmişə Onun ətrafında sıx birləşərək bu siyasətə sadiq qalacağıq”.
Daha sonra Əhəd Abıyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı partiyanın Nizamnaməsinə uyğun olaraq partiyanın formalaşması, onun təşkilat strukturunun möhkəmləndirilməsi istiqamətində xeyli işlər görüb: “Bu illər ərzində Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişlənmiş, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiyada maarifçilik işi güclənmişdir. Partiyaya daxil olan üzvlərin sayı kəmiyyət və keyfiyyətcə daha da yaxşılaşmışdır. Bu gün 4033 nəfər Yeni Azərbaycan Partiyasının üzvü Daşkəsən rayon təşkilatında birləşmişdir”.
Daha sonra çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və digərləri partiyanın ötən 21 ildə keçdiyi şərəfli yoldan, Azərbaycan xalqının rifahı və dövlətimizin güclənməsi naminə gördüyü böyük işlərdən danışıblar.
Sonda bir qrup YAP fəalına 9 oktyabrda keçirilən prezident seçkilərində və YAP Daşkəsən rayon təşkilatının tədbirlərində fəal iştirakına görə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları və YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

