Azərbaycanın artan beynəlxalq nüfuzu və lider mövqeyi
12.02.2026 [13:52]
Müstəqil və praqmatik xarici siyasət kursu həyata keçirən Azərbaycan bu gün regionun lider dövləti kimi beynəlxalq münasibətlər sistemində mühüm və etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli enerji və nəqliyyat layihələri, Avropa ilə Asiyanı birləşdirən strateji kommunikasiya xətləri, eləcə də qlobal təhlükəsizlik və əməkdaşlıq platformalarında fəal iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun aydın göstəricisidir. Balanslaşdırılmış və çoxşaxəli diplomatiya nəticəsində Azərbaycan dünyanın aparıcı siyasi və iqtisadi mərkəzləri ilə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan möhkəm əlaqələr qurmuşdur.
Məhz bu kontekstdə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri xüsusi siyasi əhəmiyyət kəsb edir. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Cənab Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti ilə keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edərək aparılan danışıqların konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçdiyini bildirmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər uzun illərdir davamlı inkişaf edir və bu münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. İkitərəfli əlaqələrin möhkəm təməli qarşılıqlı hörmət, suverenliyə dəstək və beynəlxalq hüquq prinsiplərinə sadiqlik üzərində qurulmuşdur.
Bəyanatda enerji təhlükəsizliyi məsələsi xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev Azərbaycanın zəngin enerji resurslarının şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çıxarılmasının qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini diqqətə çatdırmışdır. Xəzər hövzəsindən Avropaya uzanan enerji dəhlizləri, o cümlədən Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi sabitlik baxımından böyük əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyev regionda sülh və sabitliyin təmin olunmasının Azərbaycanın prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi barədə ətraflı məlumat verilmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, bu proses regionun uzunmüddətli sosial-iqtisadi inkişafına və dayanıqlı sülhün möhkəmlənməsinə xidmət edir.
Bununla yanaşı, iqtisadi əməkdaşlığın şaxələndirilməsi məsələləri də müzakirə edilmişdir. Dövlətimizin başçısı ABŞ şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini xatırladaraq, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitini və hüquqi təminatları vurğulamışdır. Qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, kənd təsərrüfatı, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilmişdir. Xüsusilə yaşıl enerji və bərpaolunan enerji mənbələri sahəsində birgə layihələrin perspektivləri diqqətə çatdırılmışdır.
Humanitar sahədə əməkdaşlıq da bəyanatda öz əksini tapmışdır. Təhsil, elm, mədəniyyət və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə xidmət edir. Müxtəlif mübadilə proqramları və birgə təşəbbüslər iki ölkə arasında münasibətlərin sosial-humanitar ölçüsünü daha da zənginləşdirir.
Cənab Prezident İlham Əliyev çıxışının sonunda ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin səfərinin Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açacağına əminliyini ifadə etmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, qarşılıqlı siyasi iradə və strateji baxış iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə, regional və qlobal səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsinə imkan yaradacaqdır.
Beləliklə, səfər və mətbuata verilən bəyanat bir daha təsdiq edir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü, müstəqil və təşəbbüskar dövlət kimi çıxış edir və qlobal tərəfdaşlıq şəbəkəsini ardıcıl şəkildə genişləndirir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

