Daşkəsən rayonunun Bayan kəndində Qərbi azərbaycanlılarla görüş keçirilib
11.02.2026 [16:04]
Fevralın 11-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən görüşdə RİH-nin məsul əməkdaşı Elmar Əliyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Malik Ələsgərov, YAP Daşkəsən rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev və İcma üzvləri iştirak ediblər.
Görüşün məqsədi Daşkəsən rayonunda yaşayan Qərbi Azərbaycan İcmasının üzvləri ilə bir araya gələrək, Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə həyata keçirilən fəaliyyətləri müzakirə etmək, həmçinin qarşıdakı dövrdə bu sahədə atılacaq addımları müəyyənləşdirmək olub.
Yığıncaq Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrasına hər kəsin öz təhsili, istedadı və bacarığı çərçivəsində dəstək olmasının zəruriliyini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Malik Ələsgərov ötən əsr ərzində Qərbi azərbaycanlıların deportasiyalarını xatırladıb, onların bu gün öz doğma yurdlarına qayıtmaq uğrunda əzmlə mübarizə apardıqlarını bildirib. M. Ələsgərov bu həqiqətlərin geniş yayılması, tarixi ədalətin öz yerini tapması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün Daşkəsəndə yaşayan Qərbi Azərbaycan kökənli sakinlərin İcmaya verdikləri dəstəyi və təşkilat ətrafında sıx birləşmələrini yüksək dəyərləndirib.
YAP Daşkəsən rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov isə deyib ki, Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, qayıdış hüququnun siyasi-hüquqi müstəvidə tanınması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Çıxışında Qərbi azərbaycanlıların zəngin tarixə, adət-ənənələrə və mənəvi dəyərlərə malik olduğunu bildirən Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev bu irsin qorunub gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd edib.
İcma üzvlərindən Etibar Alıyev, Məmməd Məmmədov və digərləri çıxış edərək Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşüb, qayıdış ideyasının təbliği, tarixi faktların toplanması və gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Sonra Qərbi Azərbaycan xronikasını əks etdirən videomateriallar nümayiş olunub.
Görüş Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışına dərin inam ovqatında başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

