İnsan qardaşlığı konsepsiyası və Azərbaycanın xarici siyasət strategiyası
05.02.2026 [19:32]
Beynəlxalq münasibətlər sisteminin mürəkkəbləşdiyi, geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrdə humanitar dəyərlərə əsaslanan xarici siyasət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il fevralın 4-də Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış məhz bu kontekstdə diqqətəlayiq siyasi mesajlar ehtiva edir. Bu çıxış Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da məsuliyyətli və proqnozlaşdırılan aktor kimi mövqeyini nümayiş etdirib.
Prezident İlham Əliyevin çıxışının əsas ideya xətti ondan ibarət olub ki, müasir dünyada sülh və təhlükəsizlik yalnız hərbi-siyasi mexanizmlərlə təmin edilə bilməz. Dövlətimizin başçısı humanitar dəyərləri beynəlxalq siyasətin ayrılmaz tərkib hissəsi kimi təqdim edərək, insan qardaşlığı anlayışını strateji baxımdan mühüm konsepsiya kimi önə çəkib. Bu yanaşma Azərbaycanın xarici siyasətinin son illərdə qazandığı yeni məzmunun göstəricisi kimi qiymətləndirilə bilər.
Çıxışda “Zayed İnsan Qardaşlığı Mükafatı”nın ideoloji mahiyyətinə toxunan Prezident İlham Əliyev bu təşəbbüsün qlobal miqyasda parçalanma meyillərinə qarşı alternativ platforma olduğunu vurğulayıb. Dövlətimizin başçısının fikrincə, mədəni və dini zəmində qarşıdurmaların artdığı şəraitdə bu cür beynəlxalq təşəbbüslər yumşaq güc (soft power) elementləri kimi mühüm rol oynayır. Azərbaycanın bu platformada fəal iştirakı isə ölkəmizin humanitar diplomatiya sahəsində artan təsir imkanlarını nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın multikulturalizm modeli ayrıca siyasi kontekst daxilində təqdim olunub. Dövlətimizin başçısı tolerantlıq və birgəyaşayış ənənələrini təkcə daxili ictimai sabitliyin amili kimi deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq üçün ixrac edilə bilən siyasi təcrübə kimi səciyyələndirib. Bu, Azərbaycanın qlobal dəyərlər müzakirəsində passiv iştirakçı deyil, ideya və model təqdim edən tərəf kimi çıxış etdiyini göstərir.
Analitik baxımdan diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin insan qardaşlığı ideyasını beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqələndirməsidir. Dövlətimizin başçısı açıq şəkildə bəyan edib ki, uzunmüddətli sabitlik yalnız siyasi razılaşmalar və güc balansı üzərində deyil, qarşılıqlı etimad və mənəvi məsuliyyət üzərində qurulmalıdır. Bu mövqe Azərbaycanın beynəlxalq münasibətlərdə daha inklüziv və normativ yanaşmanı dəstəklədiyini göstərir.
Çıxışda Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinə də strateji aspektdən yanaşılıb. Prezident İlham Əliyev bu əlaqələri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, regionlararası siyasi dialoqun nümunəsi kimi təqdim edib. Humanitar və mədəni əməkdaşlığın bu tərəfdaşlıqda ön plana çəkilməsi iki ölkənin beynəlxalq gündəmdə oxşar dəyərlərə söykəndiyini ortaya qoyur.
Ümumilikdə, Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışı təkcə humanitar çağırış kimi deyil, Azərbaycanın qlobal siyasətdə mövqeyini konseptual şəkildə ifadə edən proqram xarakterli bəyanat kimi qiymətləndirilə bilər. Bu çıxış göstərdi ki, Azərbaycan xarici siyasətində güc, maraq və dəyər balansını qorumağı bacaran, humanitar məsuliyyəti siyasi strategiyanın tərkib hissəsinə çevirən ölkə kimi çıxış edir.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

