Tovuzda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
02.02.2026 [22:22]
Tovuzda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Qalib ölkənin qalib gəncləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və ümumrayon gəncləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhər Mərkəzi Meydanında yerləşən abidəsi önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra tədbir Nizami adına Mədəniyyət Evində davam etdirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək bildirmişdir ki, Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin və silinməz izlər buraxmışdır. Bu siyasi xətt bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Azərbaycan gəncliyi öz vətənpərvərliyi və dövlətinə bağlılığı ilə hər zaman seçilmişdir. Bunun ən parlaq sübutu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi oldu. Bu müharibə Azərbaycan gəncliyi üçün əsl sınaq, eyni zamanda şərəf və qürur məktəbi idi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında döyüşən gənclərimiz misilsiz qəhrəmanlıq göstərərək adlarını tariximizə qızıl hərflərlə yazdılar.Tovuz gəncləri də bu şərəfli salnamədə xüsusi yer tutur. Onlar yalnız döyüş meydanında deyil, arxa cəbhədə də yüksək fəallıq göstərmiş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışlar. Dövlətimiz tərəfindən bu şücaət yüksək qiymətləndirilmiş, Orxan Cabbarov və Yaşar Əhmədov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, yüzlərlə tovuzlu gənc isə orden və medallarla təltif edilmişdir. Bu gün də Tovuz gəncləri dövlətimizin müəyyən etdiyi strateji hədəflərə sədaqətlə xidmət edərək, müstəqil Azərbaycanın inkişafı və gələcək uğurları naminə öz bilik, bacarıq və potensiallarını səfərbər edirlər.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov gənclərin dövlətçilik tariximizdə və müasir Azərbaycanın inkişafında oynadığı mühüm roldan bəhs edib. O bildirib ki, Azərbaycan gəncliyi yalnız cəmiyyətin sosial təbəqəsi deyil, ölkənin gələcəyini formalaşdıran, milli maraqlara və dövlət müstəqilliyinə sadiq aparıcı qüvvədir. Nihad Pənahov vurğulayıb ki, müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Çıxışda qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan gəncliyinin vətənpərvərliyinin, milli ruhunun və dövlətinə bağlılığının bariz nümunəsidir. Nihad Pənahov gənclərin elm, təhsil, innovasiya və ictimai-siyasi həyatda fəallığının ölkənin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, onları Azərbaycan dövlətçiliyinə daim sədaqətli olmağa çağırıb.
Sonra çıxış edənlər M.Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə üzrə direktor müavini Ayşən İsgəndərzadə, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Abbas İsmayılov və 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Fərid Müslümzadə çıxış edərək bildirmişlər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, gənclər dövlətimizin etibarlı dayağıdır və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Çıxışlarda Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq nümunələri xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdə gənclərin rolu əvəzsizdir. Gənclərin vətənpərvər ruhda yetişdirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu qeyd edilmişdir.
Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna Tovuz Rayon İcra Hakimiyyəti və YAP Tovuz rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Daha sonra tədbir rayon mədəniyyət müəssisələrinin hazırladığı bədii hissə ilə davam etdirilmişdir.
Sonda gənclər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

