/ / Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir
Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir
02.02.2026 [15:13]
Gənclik cəmiyyətin dinamik inkişafını təmin edən aparıcı sosial qüvvədir. Sağlam, bilikli və vətənpərvər gənc nəslin formalaşdırılması hər bir dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas hədəflərindən biridir. Bu baxımdan Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş və sistemli şəkildə həyata keçirilməkdədir.
Azərbaycan Respublikasında müasir gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə uyğun şəkildə davam etdirilərək gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaratmışdır. Dövlətin və cəmiyyətin gələcəyinin gənclərlə bilavasitə bağlı olması nəzərə alınaraq, onların intellektual, sosial və mənəvi potensialının reallaşdırılması dövlət səviyyəsində əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Gənclərin inkişafına yönəlmiş investisiyalar ölkənin sabit, firavan və dayanıqlı gələcəyinin təminatı kimi qiymətləndirilir.
Son 30 ilin ümumi mənzərəsi və əldə olunan mühüm nailiyyətlər göstərir ki, Azərbaycan dövləti sağlam və güclü gənc nəslin formalaşdırılması missiyasını uğurla həyata keçirmişdir. Bu müddət ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində mühüm institusional və normativ nəticələr əldə olunmuş, çoxsaylı dövlət proqramları qəbul edilmişdir. Hazırda ölkədə 200-dən artıq gənclər təşkilatının fəaliyyət göstərməsi gənclərin ictimai fəallığının və təşkilatlanma səviyyəsinin göstəricisidir.
Azərbaycan gəncləri beynəlxalq təşkilatlarda və Avropa miqyasında fəal şəkildə təmsil olunur, ölkəmizin haqq səsini müxtəlif beynəlxalq tribunalarda çatdırmaqla milli maraqların müdafiəsində mühüm rol oynayırlar. Eyni zamanda, düzgün müəyyənləşdirilmiş dövlət siyasətinin nəticəsi olaraq gənclərin dövlət idarəçiliyində və qərar qəbuletmə proseslərində iştirakı genişlənmiş, onlar məsul vəzifələrdə layiqincə təmsil olunmağa başlamışlar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti gənclərin potensialının reallaşdırılmasına, onların savadlı, peşəkar və vətənpərvər kadrlar kimi yetişməsinə, eləcə də gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənmişdir. Mütəmadi olaraq təkmilləşdirilən bu siyasət gənclərin ictimai-siyasi həyatda rolunun artmasına, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə və yaradıcı, innovativ gənc nəslin formalaşmasına şərait yaratmışdır.
Gənc nəslin milli mənlik şüurunun möhkəmləndirilməsi, vətənpərvərlik hisslərinin aşılanması və mənəvi dəyərlər əsasında tərbiyəsi dövlət təsisatlarının əsas prioritetlərindən biridir. Bu məqsədlə gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafının təmin edilməsi, asudə vaxtının səmərəli təşkili, psixoloji reabilitasiya, hüquqi və informasiya dəstəyinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qlobal miqyasda mürəkkəb geosiyasi proseslərin, münaqişələrin və böhranların hökm sürdüyü bir şəraitdə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sabitlik və inkişaf məkanı kimi mövqeyini qoruyub saxlaması gənclər üçün geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edən Azərbaycan gəncliyi cəmiyyətin müxtəlif sahələrində mühüm uğurlar qazanır. Bu baxımdan əminliklə qeyd etmək olar ki, dövlət başçısı Azərbaycan gənclərinin etibarlı dayağı və böyük hamisidir. Gənclər isə öz növbəsində həyata keçirilən siyasətin fəal dəstəkçiləri və davamçıları kimi çıxış edirlər.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

