Azərbaycan gəncləri dövlətçilik ənənələrinin davamçılarıdırlar
02.02.2026 [12:08]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Müstəqil Azərbaycan dövlətində gənclər həmişə mühüm strateji qüvvə kimi dəyərləndirilib. Azərbaycan gəncləri öz növbəsində hər zaman ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Hər il fevralın 2-də qeyd olunan Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, həm də dövlətin gənclərə olan etimadının, onların ölkənin gələcək inkişafında oynadığı rolunun rəsmi ifadəsidir. Bu əlamətdar gün gənclərin milli ideallara sədaqətini, müasir çağırışlara cavab vermək gücünü və ölkənin tərəqqisindəki əvəzsiz yerini bir daha nümayiş etdirir.
Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin mərkəzində savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli gəncliyin formalaşdırılması dayanırdı. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Müasir dövrdə gənclər siyasəti yalnız sosial dəstək deyil, eyni zamanda gənclərin potensialının reallaşdırılması, onların qərar qəbuletmə proseslərində fəal iştirakının təmin olunması məqsədini daşıyır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Müstəqil Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edib, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşıb.
Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il Qarabağ savaşında özünü bir daha doğrultdu. 44 günlük müharibədə Zəfərimizi daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatında yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimizin birliyinin bir daha şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxaraq, Prezident cənab İlham Əliyevin etimadını layiqincə doğrultdular. Müdrik qərarları ilə xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il martın 20-də qalibiyyət zirvəmiz Şuşadan – Cıdır düzündən xalqa müraciəti zamanı qürurla bəyan etdiyi kimi, Vətən müharibəsində qazandığımız şanlı Qələbədə gənc nəslin misilsiz rolu oldu.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Minlərlə gənc könüllü olaraq ordu sıralarına yazıldı, döyüş meydanında qəhrəmanlıq nümunəsi göstərdi. Bu, gəncliyin yalnız bilik və bacarığa deyil, həm də yüksək vətənpərvərlik ruhuna malik olduğunu sübut etdi. Şəhidlərimizin və qazilərimizin əksəriyyətinin gənclərdən ibarət olması bu nəslin Vətənə bağlılığının ən ali göstəricisidir.
“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.” – deyə bildirən Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində saxlanılır.
Fəxr edirik ki, bu gün Azərbaycan gənci həm milli köklərinə bağlı, həm də qlobal dünyada öz yerini tutmağı bacaran bir nəsildir. Onlar açıq fikirli, təşəbbüskar, sosial məsuliyyətli və fəal vətəndaş mövqeyi ilə seçilirlər. Dövlətçilik ənənələrinin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi məhz belə gənclərin çiyinlərində dayanır.
2 Fevral – Azərbaycan Gəncləri Günü gəncləri daha böyük hədəflərə səsləyir, onları ölkənin sabahı naminə daha məsuliyyətli, daha fəal olmağa ruhlandırır. Azərbaycan gəncliyi bu etimadı doğrultmağa və dövlətimizin gələcəyini daha da parlaq etməyə qadirdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46

