Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Vyetnamda səfərdədir
27.01.2026 [16:38]
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Milli Statistika İdarəsinin baş direktoru Nguyen Thi Hongun dəvəti ilə Vyetnam Sosialist Respublikasına səfər edib.
Səfər çərçivəsində nümayəndə heyətinin Vyetnam xalqının öndəri Ho Şi Minin məqbərəsinə, muzeyinə və vaxtilə yaşadığı evinə ziyarəti təşkil olunub. Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinə dair şəkillər nümayiş olunmaq üçün nümayəndə heyəti adından muzeyə hədiyyə olunub.
Tahir Budaqov ilə Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanaraq xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSRİ dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığı bildirilib.
To Lam ötən ilin may ayında ölkəmizə səfərini xatırladıb və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi də Vyetnamda səbirsizliklə gözlədiklərini deyib. O, strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunması ilə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini qeyd edib.
Tahir Budaqov Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında liderlər arasında şəxsi dostluğun böyük rol oynadığını bildirərək müxtəlif sahələrdə, o cümlədən statistika qurumları arasında əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu deyib.
Görüşdə hakim siyasi partiyalar arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti vurğulanaraq 2023-cü ildə imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub.
Nümayəndə heyətinin Vyetnamın Milli Statistika İdarəsinin baş direktoru Nguyen Thi Hong ilə görüşü zamanı isə Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. İki ölkənin iqtisadi-ticari, mədəni, humanitar, təhsil, turizm, enerji və digər sahələrdə işbirliyinin genişləndirilməsində maraqlı olduqları vurğulanaraq “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinin beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsi və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.
Görüş zamanı Anlaşma Memorandumu çərçivəsində statistika sahəsində 2026-2028-ci illər üçün İş Planı da imzalanıb. İş Planı əsasında görüləcək işlərin statistika sahəsində institusional əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
Vyetnam xarici işlər nazirinin müavini Nguyen Minh Vu ilə görüşdə isə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Yanvar 23:42
İqtisadiyyat
27 Yanvar 23:15
Dünya
27 Yanvar 22:57
YAP xəbərləri
27 Yanvar 22:44
İqtisadiyyat
27 Yanvar 22:31
Dünya
27 Yanvar 22:09
İqtisadiyyat
27 Yanvar 21:46
İdman
27 Yanvar 21:22
Dünya
27 Yanvar 21:10
Dünya
27 Yanvar 20:51
Sosial
27 Yanvar 20:38
Dünya
27 Yanvar 20:14
Dünya
27 Yanvar 19:40
Daxili siyasət
27 Yanvar 19:32
Hadisə
27 Yanvar 19:18
Dünya
27 Yanvar 18:17
Dünya
27 Yanvar 17:26
Xəbər lenti
27 Yanvar 16:55
YAP xəbərləri
27 Yanvar 16:38
YAP xəbərləri
27 Yanvar 16:32
Sosial
27 Yanvar 15:52
Sosial
27 Yanvar 15:24
Siyasət
27 Yanvar 15:05
Xəbər lenti
27 Yanvar 14:56
Dünya
27 Yanvar 14:33
Dünya
27 Yanvar 14:25
Dünya
27 Yanvar 13:31
Dünya
27 Yanvar 13:12
Dünya
27 Yanvar 12:45
Sosial
27 Yanvar 12:42
Turizm
27 Yanvar 12:41
Siyasət
27 Yanvar 12:32
Dünya
27 Yanvar 12:29
Sosial
27 Yanvar 12:29
Siyasət
27 Yanvar 12:28
İqtisadiyyat
27 Yanvar 12:22
Elm
27 Yanvar 12:21
İqtisadiyyat
27 Yanvar 12:20
Hadisə
27 Yanvar 12:20
Gündəm
27 Yanvar 12:18
Sosial
27 Yanvar 12:07
Gündəm
27 Yanvar 11:58
Siyasət
27 Yanvar 11:52
Gündəm
27 Yanvar 11:38
İqtisadiyyat
27 Yanvar 11:36
YAP xəbərləri
27 Yanvar 11:28
Sosial
27 Yanvar 11:23
İqtisadiyyat
27 Yanvar 11:18
İqtisadiyyat
27 Yanvar 11:17
Sosial
27 Yanvar 10:49
İqtisadiyyat
27 Yanvar 10:33
Analitik
27 Yanvar 10:14
Elanlar
27 Yanvar 10:04
Siyasət
27 Yanvar 09:51
Hadisə
27 Yanvar 09:43
Analitik
27 Yanvar 09:38
Sosial
27 Yanvar 09:13
Dünya
27 Yanvar 08:57
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:28
Ədəbiyyat
27 Yanvar 08:25
Gündəm
27 Yanvar 08:10
Dünya
26 Yanvar 23:15
Dünya
26 Yanvar 22:49
Dünya
26 Yanvar 22:24
Dünya
26 Yanvar 21:57
Dünya
26 Yanvar 21:20
Sosial
26 Yanvar 20:45
Dünya
26 Yanvar 19:51

