İqtisadi tərəqqi və sosial rifahın su təməli
15.01.2026 [16:24]
Cari ilin yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” na həsr olunan müşavirə keçirilib. Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.
Dövlət Proqramı 2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcəkdir.
Müasir şəhərsalma təcrübəsi göstərir ki, yağış sularının düzgün yönləndirilməsi və yığılması subasma risklərini azaldır, eyni zamanda, alternativ su mənbəyi kimi istifadə imkanları yaradır. Bakı şəhəri üçün bu, iqlim dəyişikliklərinə adaptasiya siyasətinin əsas elementlərindən biri ola bilər. Bu kontekstdə Prezident İlham Əliyevin müşavirədə yağış suları sistemlərinin yenidən qurulmasına xüsusi diqqət yetirməsi təsadüfi deyil. Bu, problemin yalnız texniki deyil, strateji səviyyədə qiymətləndirildiyini göstərir. Dövlət Proqramının icrası əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərəcək.
Fasiləsiz və keyfiyyətli su təchizatı, sanitariya şəraitinin yaxşılaşması və ekoloji risklərin azalması ictimai sağlamlıq baxımından mühüm nəticələr vəd edir. Eyni zamanda, iri infrastruktur layihələrinin icrası yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadi fəallığın artmasına stimul verəcək. Ekoloji aspektdən isə tullantı sularının təmizlənməsi və təkrar istifadəsi Xəzər dənizinin və ətraf mühitin qorunmasına töhfə verəcək. Bu, Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinə uyğunluq baxımından da əhəmiyyətlidir.
Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlılığının artırılması, su anbarlarının, eləcə də supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və alternativ su mənbələrinin istifadəyə cəlbinə nail olunması nəzərdə tutulur. Dövlət Proqramında, həmçinin Bakı şəhərinin Baş planı ilə uzlaşdırılaraq, uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib.
Prezident İlham Əliyev sözügedən Dövlət Proqramına həsr olunan müşavirədə Proqramın icrasına xüsusi diqqət çəkərək qeyd edib ki, sənədin həyata keçirilməsi üçün maliyyə mənbələri artıq müəyyənləşdirilib. Proqram həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək. İcra çərçivəsində təxminən 30 yeni su anbarının tikintisi nəzərdə tutulur ki, bu da genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması deməkdir.
Eyni zamanda, sayğaclaşdırmanın 100 faizə çatdırılması planlaşdırılır. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faiz təşkil etdiyi halda, Proqramın icrası nəticəsində bu göstəricinin 95 faizə yüksəldilməsi hədəflənir. Layihənin həyata keçirilməsi Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verəcək. Bununla yanaşı, 200 kilometrdən artıq magistral kanalların və eyni həcmdə paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması nəzərdə tutulur.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

