Su mənbələri hər bir ölkə üçün çox önəmlidir
15.01.2026 [15:21]
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
12 yanvar tarixi Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə, ölkə başçısının həmin müşavirədə səsləndirdiyi dəyərli fikirlərlə yadda qaldı.
Ölkə başçısı bildirdi ki, əsas infrastruktur məsələləri öz həllini tapmışdır. Ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır.
Su təchizatı və sanitariya sistemləri hər bir dövlətin sosial rifahının, ekoloji təhlükəsizliyinin və davamlı inkişafının əsas sütunlarından biridir. Təmiz içməli suya çıxış, tullantı və yağış sularının effektiv idarə olunması əhalinin sağlamlığı, şəhər mühitinin keyfiyyəti və iqtisadi inkişaf üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikası da son illərdə bu sahəni dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirərək genişmiqyaslı infrastruktur layihələri həyata keçirmişdir. Xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin yenilənməsi zərurəti artmışdır. Azərbaycan coğrafi baxımdan məhdud su ehtiyatlarına malik ölkələr sırasındadır.Bu amil ölkədə su təhlükəsizliyinin təmin edilməsini strateji məsələ halına gətirir. Son onilliklərdə əhalinin artımı, urbanizasiya və sənayeləşmə suya olan tələbatı əhəmiyyətli dərəcədə yüksəltmişdir. Son illərdə dövlət investisiyaları hesabına bir çox yaşayış məntəqəsində içməli su təminatı yaxşılaşdırılmış, yeni magistral xətlər və təmizləyici qurğular tikilmişdir. “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” bu sahədə uzunmüddətli və sistemli həll mexanizmi kimi su təchizatının dayanıqlığının artırılması və alternativ su mənbələrinin yaradılması ,su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi və yenilənməsi,yağış sularının idarə olunması risklərinin aradan qaldırılması, tullantı sularının toplanması və təmizlənməsi infrastrukturunun müasirləşdirilməsi, ekoloji tarazlığın qorunması və əhalinin sağlam yaşayış mühitinin təmin edilməsi, dövlətin sosial yönümlü siyasətinin tərkib hissəsi olmaqla yanaşı, şəhər təsərrüfatının müasir standartlara uyğunlaşdırılmasına xidmət edəcəkdir. Dövlət Proqramı çərçivəsində su mənbələrinin yaradılması və mövcud infrastrukturun yenilənməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Eyni zamanda kanalizasiya şəbəkələrinin genişləndirilməsi və tullantı sularının tam təmizlənməsi üçün müasir təmizləyici qurğuların inşası nəzərdə tutulur. Bu tədbirlər Xəzər dənizinin və ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Dövlət Proqramında yeni yağış suyu kollektorlarının inşası,mövcud sistemlərin rekonstruksiyası, yağış sularının tullantı sularından ayrılıqda idarə olunması,şəhər mühitinin təhlükəsizliyini və nəqliyyat infrastrukturunun davamlılığını təmin edəcəkdir.
Müasir su təsərrüfatının ayrılmaz hissəsi rəqəmsal idarəetmə sistemləridir. Dövlət Proqramında su sektorunda SCADA sistemlərinin tətbiqi, ağıllı sayğacların genişləndirilməsi və IoT texnologiyalarından istifadə xüsusi yer tutur.
Azərbaycanda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi dövlətin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı bu sahədə mövcud problemlərin sistemli həllini, ekoloji təhlükəsizliyin təmin olunmasını və əhalinin həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyir. Kompleks infrastruktur layihələri, müasir texnologiyaların tətbiqi və uzunmüddətli planlaşdırma nəticəsində Bakı şəhəri və Abşeron yarımadası daha dayanıqlı, təhlükəsiz və müasir su təsərrüfatı sisteminə malik olacaqdır. Bu isə ölkənin ümumi inkişafına və gələcək nəsillər üçün sağlam yaşayış mühitinin formalaşmasına mühüm töhfə verəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36

