Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik
14.01.2026 [16:51]
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.
Müşavirədə ölkəmizin başçısı bu istiqamətdə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsindən sonra diqqət yetirilən əsas məsələlərdən biri də ölkə təsərrüfatının yenilənməsi olub. Bu məsələ demək olar ki, kompleks xarakter daşıyıb. Yəni həyata keçirilən tədbirlərdə məqsəd həm əhalinin içməli su ilə təminatını, torpaqların suvarılması üçün meliorasiya infrastrukturunun təzələnməsini, su ehtiyatlarının yaradılmasından ibarət olub.
Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və suvarma suyu ilə təminat sosial siyasətin əsas hədəflərindəndir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı son illərdə ciddi layihələr reallaşdırılmış və qarşıya hədəflər qoyulmuşdur. Cənab Prezidentin hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq son illər regionlarda, eləcə də Bakı şəhəri və Abşeron yarımadasında genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Ümumilikdə götürsək, son illər regionlarda yaradılmış yeni su mənbələri əhalinin içməli su təminatını xeyli yaxşılaşdırmışdır.
İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatının yenidən qurulması, bu istiqamətdə görüləcək işlər də müşavirədə əsas diqqət mərkəzində olan məsələ idi. Düzdür, ötən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda qeyd edilən istiqamətlərdə bir çox işlər görülüb, “Böyük Qayıdış” proqram çərçivəsində öz ata-baba yurdlarına qayıdan vətəndaşlarımızın su ilə təminatının təşkil eedilməsi məqsədilə infrastruktur layihələri həyata keçirilib. Ancaq qayıdış prosesinin sürətli xarakter alması və azad olunmuş ərazilərə köç edən vətəndaşlarımızın sayının çoxalması əlavə tədbirlərin görülməsini zərurətə çevirir. Bu mənada Cənab Prezident qeyd edilən istiqamətə diqqət çəkərək bildirdi ki, “Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.
Su təchizatı sahəsində həyata keçirilən genişmiqyaslı və sistemli tədbirlər ölkə əhalisinin 95 faizinin keyfiyyətli içməli su ilə təmin olunmasını strateji hədəf kimi müəyyənləşdirir. Bu məqsədlə son illərdə su mənbələrinin qorunması, müasir infrastrukturun qurulması, magistral və paylayıcı xətlərin yenilənməsi, eləcə də regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Aparılan islahatlar əhalinin sağlamlığının qorunmasına, sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfə verməklə yanaşı, dövlətin sosialyönümlü siyasətinin real nəticələrini əks etdirir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

