YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarının hesabat yığıncaqları keçirilib
13.01.2026 [23:44]
YAP Samux rayon təşkilatının Sərkar kənd, Sərkar kənd tam orta məktəb, Sərkar kənd UMM ərazi partiya təşkilatlarının hesabat yığıncağı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib. Sərkar kənd ərazi partiya təşkilatının sədr müavini Reyhan Abuzərova, Sərkar tam orta məktəb ərazi partiya təşkilatının sədri Afaq Möyləyeva, Sərkar UMM ərazi partiya təşkilatının sədri Ruhanə Həsənova çıxış edərək, hesabat məruzələrində ərazi partiya təşkilatlarının partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin icrası, ictimai-siyasi və mədəni tədbirlərdə iştirakı, partiya üzvlərinin fəallığının artırılması və ideoloji fəaliyyətin təşkili barədə ətraflı məlumat veriblər.
Çıxış edən partiya üzvləri Təhmasib Əliyev, Gülağa Hüseynov, Sevda Binnətova Yeni Azərbaycan Partiyasının bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı və həlledici mövqeyə malik olan güclü siyasi təşkilat olduğunu qeyd ediblər. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin ölkəmizin davamlı inkişafını və ictimai-siyasi sabitliyini təmin etdiyini vurğulayıblar. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında qazandığı uğurlarından, partiyanın cəmiyyətdə artan nüfuzundan və həyata keçirdiyi ardıcıl fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir. G.Bayramov ərazi partiya təşkilatlarının hər bir üzvünü fəal olmağa çağırıb. Bildirib ki, partiyanın monolitliyi hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir.
Sonda Gündüz Bayramov ərazi partiya təşkilat sədrlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

