Azərbaycan uzunmüddətli tərəfdaşlığa sadiqdir
09.01.2026 [22:58]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
2026-cı il yanvarın 8-də Möhtərəm Prezidentimizin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın müasir inkişaf tarixində mühüm mərhələlərdən biri kimi dəyərləndirilir. Bu hadisə təkcə yeni bir enerji obyektinin istifadəyə verilməsi deyil, eyni zamanda ölkənin iqtisadi, ekoloji və geosiyasi prioritetlərinin vahid strategiya çərçivəsində reallaşdırıldığını göstərən simvolik addımdır.
Cənab Prezidentin açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin artıq yeni mərhələyə qədəm qoyduğunu, ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan mənbələrin də milli inkişaf strategiyasının əsas sütunlarından birinə çevrildiyini aydın şəkildə nümayiş etdirir.
Azərbaycan uzun illərdir ki, enerji sektorunda etibarlı tərəfdaş kimi tanınır. Neft və qaz ehtiyatları ölkənin iqtisadi inkişafında həlledici rol oynasa da, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam ondan ibarətdir ki, müasir dövrdə enerji təhlükəsizliyi anlayışı yalnız karbohidrogen resursları ilə məhdudlaşa bilməz.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası bu baxımdan balanslaşdırılmış enerji siyasətinin real nəticəsi kimi çıxış edir. Layihə göstərir ki, Azərbaycan enerji istehsalında mənbə müxtəlifliyinə üstünlük verir və bu yanaşma ölkənin uzunmüddətli dayanıqlığını təmin edən əsas amillərdən biridir.
Cənab Prezidentin çıxışında yaşıl enerjinin artıq konsepsiya və plan mərhələsindən çıxaraq konkret layihələr səviyyəsində icra edildiyi diqqətə çatdırılır. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın bərpaolunan enerji sahəsində reallaşdırdığı ən iri və strateji layihələrdən biridir.
Beləliklə, Azərbaycan beynəlxalq iqlim gündəliyinə yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və texnoloji layihələrlə töhfə verir. İlham Əliyev cənablarının çıxışında ekoloji məsuliyyət anlayışı xüsusi yer tutur. Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi yalnız iqtisadi göstəricilərlə deyil, ətraf mühitə münasibətlə də ölçülür. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası bu baxımdan Azərbaycanın məsuliyyətli və uzaqgörən siyasətinin göstəricisidir.
Külək enerjisinin istifadəsi təbii resursların qorunmasına, havanın çirklənməsinin azalmasına və ekoloji tarazlığın saxlanmasına xidmət edir. Bu yanaşma gələcək nəsillərə daha sağlam və təhlükəsiz mühitin ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.
Möhtərəm Prezidentimizin çıxışında qeyd olunan məqamlardan biri də regionlarda yeni iş yerlərinin yaradılması, infrastrukturun modernləşdirilməsi və yerli əhalinin sosial rifahının yüksəldilməsidir. Bu tip layihələr bölgələrdə iqtisadi fəallığı artırmaqla yanaşı, paytaxtla regionlar arasında inkişaf fərqinin azaldılmasına xidmət edir.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası həm də yüksək texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin çıxışı bu cür layihələrin ölkədə innovativ düşüncənin formalaşmasına, yeni ixtisasların yaranmasına və müasir kadr potensialının hazırlanmasına verdiyi töhfəni ön plana çıxarır.
Bərpaolunan enerji sektoru yalnız istehsal deyil, eyni zamanda elmi-tədqiqat, mühəndislik və texnoloji biliklərin inkişafını stimullaşdırır. Bu isə Azərbaycanın gələcək iqtisadi modelinin Prezidentimizin çıxışında Azərbaycanın beynəlxalq enerji bazarındakı rolu və tərəfdaşlıq əlaqələri də geniş şəkildə əks olunur. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi kimi təqdim edilir.
Bu layihə bir daha sübut edir ki, Azərbaycanda hüquqi və siyasi sabitlik mövcuddur, investorlar üçün şəffaf və proqnozlaşdırıla bilən mühit yaradılıb, ölkə uzunmüddətli tərəfdaşlığa sadiqdir.
Bu hadisə göstərir ki, Azərbaycan yalnız bu günün deyil, gələcəyin çağırışlarını da nəzərə alan, məsuliyyətli və strateji düşünən dövlətdir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

