Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – milli birliyin əbədi simvolu
30.12.2025 [20:31]
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və ümummilli şüurunun ən parlaq ifadəsidir. Bu əlamətdar tarix dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlını vahid amal – azərbaycançılıq ideyası ətrafında birləşdirərək, xalqımızın mənəvi bütövlüyünü və milli kimliyini nümayiş etdirir. Həmrəylik Günü təkcə bayram deyil, eyni zamanda xalqımızın tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə və gələcəyə olan inamına söykənən ideoloji platformadır. Bu gün bir daha sübut edir ki, Azərbaycan yalnız coğrafi məkan deyil, ortaq tarixə, dilə, mədəniyyətə, milli ruh və mənəvi dəyərlərə bağlı böyük bir ailədir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətənə mənsubiyyət hissini qürurla daşıyır, milli maraqların qorunmasında və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəallıq göstərir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin yaradılmasının başlanğıc nöqtəsi kimi Azərbaycan tarixində mühüm yer tutur. Bu tarixin formalaşması və rəsmi bayram statusu alması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilən tarixi qərar sonradan respublika parlamenti tərəfindən təsdiqlənmiş və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilmişdir. Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə azərbaycançılıq ideologiyasının əsaslarını formalaşdıraraq milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinin prioritetinə çevirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan xalqının milli özünüdərki güclənmiş, ana dilimiz, mədəniyyətimiz və tariximiz dövlət səviyyəsində müdafiə olunmuşdur. Bu ideoloji zəmin sonradan dünya azərbaycanlılarının vahid milli platformada birləşməsinə imkan yaratmışdır. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını irəli sürməklə xalqın bütün təbəqələrini – siyasi baxışından, sosial statusundan asılı olmayaraq – vahid ideya ətrafında birləşdirmiş, milli həmrəyliyi dövlətçilik fəlsəfəsinin əsas dayaqlarından birinə çevirmişdir. Bu müdrik və uzaqgörən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda milli birliyin möhkəmləndirilməsi, vətəndaş bərabərliyinin təmin edilməsi, cəmiyyətin bütün təbəqələrinin inkişafına şərait yaradılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır.
Prezident İlham Əliyevin siyasi xətti milli maraqlara söykənən güclü dövlət, güclü xalq və güclü ordu konsepsiyasına əsaslanır. Bu birlik modeli Azərbaycanı regionun ən qüdrətli və söz sahibi olan dövlətlərindəndir.
44 günlük Vətən müharibəsi milli birliyin və bərabərliyin ən yüksək təzahürü oldu. Həmin tarixi günlərdə Azərbaycan xalqı siyasi baxışından, sosial mövqeyindən asılı olmayaraq vahid məqsəd – Vətənin azadlığı naminə bir yumruq kimi birləşdi. Xalq, ordu və dövlət arasındakı sarsılmaz birlik tarixi Zəfərin əsasını təşkil etdi. Bu birlik sübut etdi ki, milli həmrəylik olduğu təqdirdə Azərbaycan qarşısında heç bir qüvvə dayana bilməz. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqın sarsılmaz iradəsi milli birliyin əbədi simvoluna çevrildi.
İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi, antiterror əməliyyatları nəticəsində separatçı rejimin tam çökməsi bütün azərbaycanlıları haqlı olaraq daha da sıx birləşdirdi. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar. “Dəmir yumruq” bu gün təkcə hərbi gücün deyil, eyni zamanda ümummilli birliyin, həmrəyliyin və iradənin rəmzinə çevrilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial rəhbərliyi ilə qazanılan bu Zəfər xalqımızın gücünü, vətənpərvərlik ruhunu və dövlətinə olan sarsılmaz inamını nümayiş etdirdi. “Qarabağ Azərbaycandır!” şüarı milli iradənin və tarixi ədalətin simvolu kimi tarixə həkk olundu. Vətən müharibəsində qazanılan Qələbə şəhidlərimizin qanı, qazilərimizin şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə olunmuşdur. Şəhidlərimiz milli yaddaşımızın əbədi qəhrəmanlarıdır. Qazilərimizin igidliyi isə bugünkü müstəqil və qalib Azərbaycanın qürur mənbəyidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramının uğurla icrası milli birliyin real nəticəsi və Zəfərin davamıdır. Azərbaycan dövləti və xalqı bir daha sübut edir ki, birlik olan yerdə güc var, güc olan yerdə isə Zəfər qaçılmazdır.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birliyinin, bərabərliyinin və bütövlüyünün təntənəsidir. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə hörmət, Vətənə bağlılıq, azərbaycançılıq məfkurəsi və milli qürur təşkil edir. Milli birlik və həmrəylik Azərbaycan dövlətinin bu günü və sabahı üçün ən möhkəm təminatdır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatın sədri
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

