Azərbaycan idmanı güclü dövlət siyasətinin parlaq təcəssümüdür
30.12.2025 [16:44]
Müasir Azərbaycan dövlətinin uğur salnaməsində idman xüsusi yer tutur. Bu, təkcə stadionlarda, arenalarda qazanılan qələbələrin tarixçəsi deyil. Bu, dövlət ağlının, siyasi iradənin və milli hədəflərin idman dili ilə ifadə olunan konseptual modelidir. 2025-ci ilin idman yekunları bir daha sübut etdi ki, Azərbaycanda idman sahəsində əldə olunan nailiyyətlər təsadüfi deyil, müdrik və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bu siyasətin mahiyyətini, fəlsəfəsini və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu. Bu çıxış idmana göstərilən qayğının sadə hesabatı yox, qalib dövlətin özünəinamlı baxışı idi. Azərbaycanda idmanın inkişafı artıq uzun illərdir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu xəttin təməlini Ulu Öndər Heydər Əliyev qoymuş, cənab Prezident İlham Əliyev isə onu müasir çağırışlara uyğun şəkildə daha da inkişaf etdirmişdir. Bu gün idman sahəsində atılan hər addım dövlətin strateji planlamasına əsaslanır. İdman infrastrukturu faktiki olaraq sıfırdan yaradılıb, ölkənin bütün bölgələrini əhatə edən geniş şəbəkə formalaşdırılıb. Gəncə və Yevlaxda istifadəyə verilən yeni Olimpiya İdman Kompleksləri ilə birlikdə bölgələrdə bu cür mərkəzlərin sayının 46-ya çatması regional bərabərliyin, sosial ədalətin və sağlam gələcək strategiyasının bariz nümunəsidir. Bu komplekslər yalnız idman obyektləri deyil, milli potensialın yetişdiyi ocaqlardır. 2025-ci il Azərbaycan idmanı üçün əsl zəfər ili kimi yadda qaldı. Beynəlxalq arenalarda 2000-dən artıq medalın, o cümlədən yüzlərlə qızıl medalın qazanılması ölkəmizin idman xəritəsində mövqelərinin nə qədər möhkəmləndiyini göstərir. Bu uğurlar Azərbaycan idmançısının əzminin, peşəkarlığının və dövlət dəstəyinin vəhdətindən doğur. Bu gün Azərbaycan idmançısı beynəlxalq yarışlara təkcə fərdi ambisiya ilə deyil, qalib xalqın nümayəndəsi kimi çıxır. Dövlət Bayrağının yüksəldilməsi, Himnimizin səsləndirilməsi artıq sıradan mərasim yox, milli qürurun təntənəsidir. Bu qürurun arxasında isə dövlətin idmançıya göstərdiyi yüksək etimad və qayğı dayanır. Cənab Prezident İlham Əliyevin idman siyasətində əsas ideoloji xətt gənclərlə bağlıdır. Dövlət başçısının çıxışlarında dəfələrlə vurğulandığı kimi, sağlam gənclik olmadan nə idman uğuru, nə də davamlı dövlət inkişafı mümkündür. İdman gənclər üçün sadəcə fiziki fəaliyyət yox, intizam, məsuliyyət, vətənpərvərlik məktəbidir. Bu gün idman meydanlarında yetişən gənclər sabah dövlətin müxtəlif sahələrində söz sahibi olacaq nəsildir. Onların sağlam ruhda, milli dəyərlərə bağlı şəkildə formalaşması Azərbaycan dövlətinin gələcəyinə qoyulan ən etibarlı sərmayədir.
Azərbaycan artıq çoxdan regional idman ölkəsi çərçivəsindən çıxaraq qlobal idman mərkəzlərindən birinə çevrilib. III MDB Oyunlarının ölkəmizin müxtəlif şəhərlərində, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi təkcə idman hadisəsi deyil, siyasi və mənəvi məna daşıyan böyük mesaj idi. Bu oyunlar Azərbaycanın təşkilatçılıq bacarığını, infrastruktur imkanlarını və qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirdi. UFC turnirinin ilk dəfə Bakıda keçirilməsi, Formula 1 yarışlarının artıq ənənəyə çevrilməsi Azərbaycanın idman diplomatiyasının nə qədər güclü olduğunu göstərir. Yarım milyardlıq auditoriyaya malik bu yarışlar vasitəsilə dünya Azərbaycanı təhlükəsiz, müasir və dinamik inkişaf edən dövlət kimi tanıyır. Şahdağ Xizək Kurortunun sürətli inkişafı və burada keçiriləcək Dünya Kuboku yarışları Azərbaycanın idman siyasətinin nə qədər çevik və perspektivli olduğunu sübut edir. Bu, təkcə idman hadisəsi deyil, regional iqtisadiyyatın canlanması, turizmin inkişafı və yeni iş yerlərinin yaradılması deməkdir. Şahdağ modeli göstərir ki, idman Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsidir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycan dövlətinə və onun idman siyasətinə verilən ən yüksək beynəlxalq qiymətlərdən biridir. Bu status illərin zəhmətinin, ardıcıl siyasətin və peşəkar idarəetmənin nəticəsidir. Azərbaycan bu ada təsadüfən deyil, əməyi və nəticələri ilə layiq görülüb.
Bu gün Azərbaycan idmanı təkcə medalların sayı ilə ölçülmür. O, dövlət gücünün, milli iradənin və gələcəyə inamın güzgüsüdür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idman siyasəti Azərbaycanın qələbə fəlsəfəsini arenalardan dünyaya daşıyır. Bu siyasət davam etdikcə, Azərbaycan Bayrağı daha çox yüksələcək, Himnimiz daha çox səslənəcək. Çünki bu ölkədə idman qayğı ilə başlayır, qələbə ilə tamamlanır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

