Ümummilli liderimiz Heydər Əliyevin bizlərə aşıladığı vətən sevgisi
29.12.2025 [22:41]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı.
Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi.
Dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən dahi şəxsiyyət müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Məhz Ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük bir fəlakətdən xilas oldu.
Ulu öndərin bütöv görmək istədiyi Azərbaycan bu gün artıq reallığa çevrilmişdir. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin bizlərə aşıladığı vətən sevgisi, xalqımız öz Lideri ətrafında həmrəliyi 44 günlük Şanlı Vətən müharibəsində qələbəmizi şərtləndirdi. 44 günlük şanlı Vətən müharibəsinin mənti davamı olaraq 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz tam bərpa olundu və Xankəndi şəhərində möhtəşəm Zəfər paradı keçirildi, bu görüntü həmrəylik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrildi.
Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti və müraciətdə Dövlət Başçısının səsləndirdiyi fikirlər hər bir Azərbaycanlını qürurlandırdı. Xalqa müraciəti zamanı Prezident İlham Əliyevin “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.” sözləri bizi dahada ruhlandırdı və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin necə möhkəm və sağlam təməllər üzərində qurulduğunu bir daha dünyaya nümayiş etdirmiş oldu.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

