Milli birliyin və bərabərliyin simvolu
29.12.2025 [17:29]
31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli yaddaşında birlik, vətənpərvərlik və milli kimlik ideyalarının təntənəsi kimi xüsusi yer tutur. Bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid amal – Azərbaycan naminə birləşdirən müqəddəs gündür. Həmrəylik ideyasının dövlətçilik səviyyəsinə yüksəldilməsi isə bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və müdrik siyasi baxışları ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə azərbaycançılıq ideologiyasının əsaslarını formalaşdıraraq milli-mənəvi dəyərlərin qorunmasını prioritet vəzifə kimi irəli sürmüşdür. Onun rəhbərliyi dövründə Azərbaycan xalqının milli özünüdərki güclənmiş, ana dilimiz, mədəniyyətimiz və tariximiz dövlət səviyyəsində müdafiə olunmuşdur. Məhz bu ideoloji zəmin sonradan dünya azərbaycanlılarının vahid milli platformada birləşməsinə imkan yaratmışdır.
1991-ci ildə Naxçıvan Muxtar Respublikasında Ulu Öndərin təşəbbüsü ilə 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi milli birlik tariximizdə mühüm dönüş nöqtəsi oldu. Bu qərar azərbaycanlıların harada yaşamasından asılı olmayaraq bir xalq, bir millət olduğunu bütün dünyaya bəyan etdi. Ulu Öndər deyirdi: “Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun Vətəni Azərbaycandır.” Bu fikir bu gün də həmrəyliyimizin ideoloji əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi diaspor siyasəti sonradan müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin mühüm tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının təşkilatlanması, milli maraqlarımızın beynəlxalq aləmdə müdafiəsi və Azərbaycanın haqq səsinin çatdırılması bu siyasətin əsas məqsədləridir. Ulu Öndərin əsasını qoyduğu bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının nümayiş etdirdiyi birlik və həmrəylik Heydər Əliyev ideyalarının canlı təzahürü oldu. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin təbliği istiqamətində vahid mövqedən çıxış edərək milli birliyimizin sarsılmaz olduğunu sübut etdilər.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız təqvim bayramı deyil, həm də milli məsuliyyət günüdür. Bu gün bizi birliyə, dövlətçiliyimizi möhkəmləndirməyə, Ulu Öndərin azərbaycançılıq ideyalarına sadiq qalmağa çağırır. Heydər Əliyevin miras qoyduğu milli birlik fəlsəfəsi müasir Azərbaycanın güc mənbəyidir və bu ideyalar əsrlər boyu xalqımıza yol göstərəcəkdir.
Dünya azərbaycanlılarının həmrəyliyi – Ulu Öndərin ideyalarında formalaşmış, müasir Azərbaycan dövlətinin dayağına çevrilmiş müqəddəs bir dəyərdir.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

