Ölkəmizdə idmanın kütləviliyini təmin etmək prioritet vəzifədir
29.12.2025 [17:23]
Məlum olduğu kimi, ölkəmizin beynəlxalq idman arenasında qazandığı möhtəşəm uğurlar düşünülmüş və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Qeyd etmək lazımdır ki, bu siyasətin mərkəzində birmənalı olaraq Möhtərəm cənab Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı dayanır. Dövlət rəhbərimiz idmanın inkişafını gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və sağlam cəmiyyət quruculuğunda strateji sahə kimi qiymətləndirilməlidir. Məhz bu səbəbdən davamlı olaraq təşəbbüslər və bu təşəbbüslərdən qaynaqlanan perspektivlərin şahidi oluruq. 2025 - ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edən ölkə başçısı sözügedən istiqamətdə görülən işlər barədə əhəmiyyətli fikirlər səsləndirdi. O qeyd etdi ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb.
Yeri gəlmişkən, qeyd edək ki, beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı ölkəmizdə uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Keçən müddət ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində idman infrastrukturu köklü 1şəkildə yenilənmiş, beynəlxalq yarışları ən yüksək səviyyədə keçirmək potensialına malik müasir idman kompleksləri, olimpiya mərkəzləri, stadionlar və zallar istifadəyə verilmişdir. Bu isə öz növbəsində kütləviliyin artmasına və gənc istedadların üzə çixmasına geniş imkanlar yaratmışdır.
Onu da qeyd edək ki, ölkəmiz dəfələrlə mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula - 1, futbol üzrə Avropa çempionatının oyunları kimi dünya səviyyəli yarışlar məhz ölkəmizin yaratdığı imkanlar çərçivəsində reallaşmışdır. Bütün bunlar Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu il də Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi etdi. Ölkənin müxtəlif regionlarında keçirilən MBD ölkələrinin üçüncü Oyunları bölgələrdə idmanın inkişafına mühüm töhfələr verdi. Bununla bağlı dövlət rəhbəri çıxışında vacib məqamlara toxundu. O bildirdi ki, "MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir"
Ən əsası, bütün bunlar onu göstərir ki, ölkəmizin idmanın siyasəti uzunmüddətli perspektivlərə hesablanmış düzgün strateji yanaşma nəticəsində mütəmadi olaraq ciddi uğurlara imza atacaq, üç rəngli bayrağımız qazanılan uğurlar şövqündə qürurla dalğalanacaqdır.
Bəxtiyar Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli "Magistral avtomobil yollarının istismarı" MMC ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13

