Dünya Azərbaycanlılarının Həmrəyliyi milli kimliyimizin və Vətənə sədaqətimizin təcəssümüdür
26.12.2025 [21:54]
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların Azərbaycanın milli maraqlarının müdafiəsi işinə cəlb olunması olmuşdur. Diaspor quruculuğu prosesi ölkəmizin dövlət siyasətində daim prioritet istiqamətlərdən biri kimi qiymətləndirilmişdir. Dünya azərbaycanlılarının vahid ideya və müstəqil dövlət ətrafında birləşdirilməsi konsepsiyasının banisi isə Azərbaycan tarixində müstəsna yer tutan Ümummilli Lider Heydər Əliyev olmuşdur. Məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərara əsasən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Bu tarixi addım milli-mənəvi birliyin möhkəmlənməsinə, azərbaycançılıq ideyası ətrafında ümumdünya həmrəyliyinin formalaşmasına güclü təkan vermişdir.
Həmrəylik Günü bu gün dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur və diaspor həyatının ən mühüm rəmzlərindən birinə çevrilib. Bu bayram təkcə milli mənsubiyyətlə deyil, Azərbaycanla mənəvi bağlarla bağlı olan insanları da bir araya gətirir. Tarixən azərbaycanlılar müharibələr, siyasi proseslər və deportasiyalar nəticəsində doğma torpaqlarından uzaq düşərək dünyanın müxtəlif bölgələrinə səpələnmişlər. Bu gün Rusiya, MDB məkanı, Avropa ölkələri, Amerika qitəsi, Yaxın Şərq və digər regionlarda güclü Azərbaycan icmaları mövcuddur.
Qloballaşan dünyada diaspor anlayışı artıq sadəcə miqrant icması kimi deyil, milli maraqların beynəlxalq müstəvidə müdafiəçisi kimi qəbul olunur. Azərbaycan diasporu da bu prosesdə fəal iştirak edərək, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında öz mövqelərini möhkəmləndirir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı diaspor siyasətində də əsaslı dönüş yaratdı. Soydaşlarımızın Vətənlə əlaqələrinin gücləndirilməsi, milli kimliyin qorunması və diaspor potensialından dövlət maraqları naminə istifadə olunması istiqamətində ardıcıl addımlar atıldı.
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu siyasətin mühüm mərhələsi oldu. Qurultay azərbaycançılıq ideyası ətrafında dünya azərbaycanlılarının birliyini nümayiş etdirdi. Heydər Əliyev bu tədbirdə çıxış edərək güclü diasporun formalaşmasının zəruriliyini vurğulamış, soydaşlarımızın yaşadıqları ölkələrdə fəal mövqe tutmasının Azərbaycanın problemlərinin həllinə töhfə verəcəyini bildirmişdi. Bu ideyaların davamı olaraq 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonrakı illərdə diaspor təşkilatlarının sayı və fəaliyyəti əhəmiyyətli dərəcədə artdı.
Bu gün Azərbaycan diasporu həm say, həm də keyfiyyət baxımından güclü bir qüvvəyə çevrilib. Ümummilli Liderin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə yeni mərhələnin başlanğıcı oldu. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, xüsusilə də informasiya müharibəsi şəraitində mühüm rol oynayır.
Dünya azərbaycanlılarının qurultayları milli birliyin rəmzi kimi tarixə düşüb. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında diaspor təşkilatlarının bir nöqtəyə vurmasının, yəni koordinasiyalı fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Xüsusilə gənclərin diaspor fəaliyyətinə cəlb olunması, yeni kommunikasiya mexanizmlərinin tətbiqi və lobbiçilik imkanlarının genişləndirilməsi bu gün əsas prioritetlər sırasındadır.
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə dünya azərbaycanlılarının birliyini açıq şəkildə nümayiş etdirdi. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu Zəfəri öz qələbəsi kimi qəbul etdi. Diaspor təşkilatları beynəlxalq aləmdə Azərbaycanın haqq işini fəal şəkildə müdafiə etdilər. Bu həmrəylik milli şüurun və dövlət-diaspor əlaqələrinin gücünü bir daha ortaya qoydu.
Azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə yeni tarixi mərhələ oldu. Prezident İlham Əliyevin bu qurultayı Zəfər qurultayı adlandırması təsadüfi deyildi. Qarabağın azad olunmasından sonra dünya azərbaycanlılarının məhz bu müqəddəs məkanda bir araya gəlməsi milli qürurun və tarixi ədalətin təntənəsi idi. Prezidentin çıxışında səsləndirdiyi fikirlər postmünaqişə dövründə Azərbaycanın strateji hədəflərini və diaspor fəaliyyətinin yeni istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Azərbaycan xalqı bu gün qalib, sülhsevər və gələcəyə inamla baxan xalq kimi tanınır. Dövlət suverenliyinin tam bərpası, ərazi bütövlüyünün təmin olunması və yeni reallıqların yaradılması güclü siyasi iradənin və xalq-iqtidar birliyinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni quruculuq və inkişaf mərhələsinə qədəm qoyub. Bu yolda həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi Azərbaycanın ən böyük güc mənbələrindən biri olaraq qalır.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

