Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksəliş yolu
23.12.2025 [19:04]
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Artıq 22 ildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz xalqına arxalanaraq Azərbaycanı dinamik inkişaf yolu ilə qələbədən-qələbəyə, yüksək nailiyyətlərə doğru inamla aparır. Xüsusilə son bir neçə ildə möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq və əzmkarlıq, qətiyyət və siyasi iradə, xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini son dərəcə möhkəmləndirmişdir. Sonuncu Prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük effektivliklə davam etdirilir. Bu məqamı da qeyd etmək lazımdır ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri sözün əsil mənasında Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin istisnasız hər bir yerində keçirilmişdir. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsinin gedişində düşmən üzərində tam və qəti qələbə qazanaraq 300-dən çox şəhər və kəndi döyüş meydanında işğaldan azad etdi və bununla da ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu Zəfərin davamı olaraq 2023-cü ilin sentyabr ayında Azərbaycan keçirdiyi bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində özünün suverenliyini tam bərpa etdi. Cənab Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bununla da möhtərəm dövlət başçımız xalqa verdiyi bütün vədlərə və Ulu Öndər Heydər Əliyevin ata vəsiyyətinə tam əməl etmiş oldu.
Bu gün istər ölkəmizdə gedən proseslər, istərsə də Azərbaycanın qlobal siyasi arenada cərəyan edən hadisələrdə yeri və rolu bunu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin ölkənin siyasi sisteminə gətirdiyi rasional siyasi davranış modeli ən yüksək effektivliyə malikdir. Dövlətimizin başçısı həm Azərbaycan ictimaiyyətinə, həm də dünyaya məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən və siyasi realizmə əsaslanan siyasi fəaliyyət nümunəsi təqdim etdi. Cənab Prezident öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Bu gün biz həmçinin birmənalı olaraq deməliyik ki, möhtərəm Prezidentimizin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. 2024-cü ildə baş tutmuş BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının Bakı sessiyasının gedişində isə bu siyasətin həm də ümumbəşəri humanizm ideyalarına sadiq olduğunu bütün dünya bir daha görmüş oldu. Azərbaycan cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində qazandığı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı statusunu bir daha nümayiş etdirdi və daha da möhkəmləndirdi. COP29 məhz cənab Prezidentin effektiv siyasi-diplomatik fəaliyyəti, gərgin səyləri və beynəlxalq arenada sahib olduğu yüksək şəxsi nüfuzu sayəsində Azərbaycanın əldə etdiyi növbəti böyük uğuru oldu. Eyni zamanda da bu nüfuzlu beynəlxalq tədbirin möhtəşəm nəticələri bütün dünyada bəşəriyyətin qlobal iqlim problemləri qarşısında müdafiə imkanlarının genişləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirildi.
Bir vacib məqamı da xüsusi qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ilk növbədə gələcəyə hesablanmış dövlət siyasətinin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik vardır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə və istedadına inam hissi bu gün ən yüksək səviyyədədir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

