/ / "Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı” mövzusuna həsr olunmuş tədbir keçirilib
"Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı” mövzusuna həsr olunmuş tədbir keçirilib
22.12.2025 [14:25]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı” mövzusuna həsr olunmuş tədbir keçirilib.
19 dekabr 2025-ci il tarixdə Azərbaycan İdman Akademiyasında keçirilən tədbirdən öncə Ümumilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev açaraq “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, konstitusiya dövlətin hüquqi dayağı, suverenliyin təminatıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan 1995-ci il konstitusiyası müstəqil Azərbaycanın hüquqi sisteminin əsasını qoydu. Bu sənəd xalqın iradəsini ifadə edərək insan hüquq və azadlıqlarını təmin etdi. Hüquqi sabitlik və dövlətçilik ənənələri məhz bu bünövrə üzərində formalaşdı. Prezident İlham Əliyev bu hüquqi irsi davam etdirərək müasir dövrdə Azərbaycanın suverenliyini qoruyan, ərazi bütövlüyünü təmin edən islahatlara imza atdı.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və müstəqil dövlət quruculuğunda dönüş nöqtəsi olmuşdur. E. Quliyev qeyd edib ki, bu tarixi sənədin müəllifi Ulu Öndər Heydər Əliyev olaraq, o, xalqın milli iradəsini, azərbaycançılıq ideologiyasını və müasir dövlətçilik prinsiplərini vahid hüquqi çərçivədə birləşdirməyə nail olmuşdur. Təşkilat sədri söylədi ki, bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlara əsaslanan, müstəqil qərarvermə qabiliyyətinə malik, güclü və suveren Azərbaycan modeli formalaşdırmışdır və bu kimi tədbirlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, Prezident İlham Əliyevin suveren Azərbaycan modelinin mahiyyətinin gənc nəslə aşılanmasında mühüm rol oynayır.
Tədbirdə millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub və möhkəmləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub, Azərbaycan qalib dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Həmçinin bildirilib ki, Belə tədbirlərin əsas məqsədi gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların ictimai fəallığının və milli dəyərlərə bağlılığının artırılmasıdır.
Çıxışlardan sonra tədbir interaktiv hissə ilə davam edib, gənclərin sualları cavablandırılıb.
Sonra Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında aktiv fəaliyyətilə seçilən bir qrup şəxsə Fəxri Fərman və Təşəkkürnamələr təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52

