/ / Konstitusiya və Suverenlik ili çərçivəsində amnistiya təşəbbüsü: Cənab Prezidentin ümumbəşəri humanizm prinsiplərinə sadiqliyi
Konstitusiya və Suverenlik ili çərçivəsində amnistiya təşəbbüsü: Cənab Prezidentin ümumbəşəri humanizm prinsiplərinə sadiqliyi
18.12.2025 [13:36]
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin mühüm mərhələlərinin dərin təhlili və milli hüquqi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Konstitusiya dövlətin hüquqi əsaslarını, suverenlik isə xalqın öz taleyini müstəqil şəkildə müəyyən etmə hüququnu ifadə edən ali prinsiplər kimi ölkənin siyasi və hüquqi sisteminin təməlini təşkil edir. Məhz bu ali dəyərlərin ön plana çəkildiyi bir dövrdə amnistiya təşəbbüsünün irəli sürülməsi dövlətin hüquqi deyil, eyni zamanda mənəvi-humanist mahiyyətini nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları ölkədə insan hüquqlarının qorunmasına, sosial ədalətin təmininə və cəmiyyətə reinteqrasiyanın gücləndirilməsinə xidmət edən mühüm hüquqi mexanizmlərdən biridir. Amnistiya cəzanın təkcə cəzalandırıcı deyil, həm də islahedici və tərbiyəedici mahiyyət daşıdığını ortaya qoyur. Bu yanaşma dövlətin vətəndaşa münasibətində humanizmin əsas prinsip kimi qəbul edildiyini təsdiqləyir.
Konstitusiya və Suverenlik İli çərçivəsində amnistiya təşəbbüsünün irəli sürülməsi hüquqi dövlət konsepsiyasının praktiki təzahürü olmaqla yanaşı, ümumbəşəri humanizm prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Bu təşəbbüs insan ləyaqətinin toxunulmazlığı, ikinci şansın verilməsi və sosial harmoniya kimi dəyərlərin dövlət siyasətinin mərkəzində dayandığını göstərir. Prezidentin humanist siyasəti fərdin cəmiyyətdən təcrid olunmasını deyil, onun yenidən cəmiyyətə qazandırılmasını əsas məqsəd kimi müəyyən edir.
Eyni zamanda amnistiya aktları sosial sabitliyin möhkəmləndirilməsinə, ailə institutunun qorunmasına və cəmiyyətin sağlam mənəvi mühitinin formalaşmasına mühüm töhfə verir. Azadlığa buraxılan şəxslərin cəmiyyətə inteqrasiyası sosial məsuliyyət hissini gücləndirir və hüquq pozuntularının təkrarlanmasının qarşısının alınmasına xidmət edir. Bu isə suveren və hüquqi dövlətin əsas vəzifələrindən biri olan sosial ədalətin təmininə real zəmin yaradır.
Konstitusiya və Suverenlik İli çərçivəsində amnistiya təşəbbüsü Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun, insan hüquqlarına hörmətin və ümumbəşəri humanizm prinsiplərinə sadiqliyin ardıcıl şəkildə həyata keçirildiyini sübut edir. Cənab Prezidentin bu istiqamətdə apardığı siyasət dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsinə, milli həmrəyliyin gücləndirilməsinə və Azərbaycanın beynəlxalq aləmdə humanist dəyərlərə əsaslanan dövlət kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Rəhman Ağabalayev,
YAP Qusar rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32

