Dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Slovakiya münasibətləri
11.12.2025 [19:14]
Dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan və Slovakiya münasibətləri son illərdə sürətlə yüksələn strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub.
Bunu Prezident İlham Əliyevin 8 dekabr tarixində Slovakiyaya rəsmi səfəri çərçivəsində görülən işlər əyani şəkildə təsdiq etdirir. Hər iki ölkə arasında mövcud olan qarşılıqlı münasibət bu gün əlaqələri ən yüksək səviyyəyə çatdırıb və praktiki əməkdaşlığa əlverişli şərait yaratmışdır.
Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, aparılan diplomatik danışıqlar, xüsusilə mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji prioritetlərini və gələcək inkişaf vektorlarını açıq nümayiş etdirir. Bu bəyanat siyasi-iqtisadi, həmçinin texnoloji sahələr üzrə əməkdaşlığın yüksələn xəttini təsdiq edən mühüm mənbə hesab olunur. Bu sənəd imzalandıqdan sonra iki dövlət arasında bütün istiqamətlər üzrə intensiv iş aparılmış, müştərək qurumlar fəaliyyətlərini genişləndirmişdir.
Slovakiya Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan regionun ən güclü iqtisadiyyata malik olan və enerji təhlükəsizliyində əsas ortaqlardan biri sayılır. Ölkəmiz üçün isə Slovakiya Avropa İttifaqı daxilində həm enerji xəritəsinin şaxələndirilməsi, həm də nəqliyyat-logistika layihələrində yeni bağlantı imkanları təqdim edən mühüm tərəfdaşdır. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri formal siyasi dialoq səviyyəsindən çıxararaq, siyasi, iqtisadi, təhlükəsizlik və innovasiya sahələrində daha sistemli və praktiki əməkdaşlıq yolunu açıb. Bu bəyannamə çərçivəsində tərəflər bir-birinin maraqlarını dəstəkləyən, uzunmüddətli perspektivləri nəzərdə tutan fəaliyyət xətti müəyyənləşdiriblər.
Azərbaycan-Slovakiya əməkdaşlığında energetika sahəsi xüsusi yer tutur. Ötən il ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya çatdırılması əlaqələrin yeni mərhələsini təşkil edir.
Ölkələrimiz arasında olan əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Dövlətimizin başçısının mətbuata bəyanatında qeyd etdiyi kimi, mühüm istiqamətlərdən biri də müdafiə sənayesi sahəsində işbirliyinin qurulmasıdır. Slovakiyanın müdafiə sənayesi üzrə inkişaf etmiş yüksək texnologiyalarının Azərbaycana transferi, həmçinin birgə istehsal sahələrinin yaradılması, müdafiə təyinatlı məhsulların üçüncü ölkələrə ixracı kimi məsələlər gündəlikdə duran əsas istiqamətlərdəndir. Bu, tərəfdaşlığın təkcə enerji və iqtisadi çərçivədə deyil, daha geniş təhlükəsizlik və sənaye ölçüsündə dərinləşdiyini göstərir. Bu əməkdaşlıq hərbi məqsədlərin deyil, sənayeləşmə və texnoloji istehsalın genişləndirilməsinin bir forması kimi təsvir edilir.
Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər. Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir. Bu ilin noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi Paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir və Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik”.
Bundan başqa, nəqliyyat və tranzit əlaqələri, xüsusilə Orta Dəhliz kontekstində Slovakiyanın rolu getdikcə artır. Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu, o cümlədən Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, genişlənmiş dəmir yolu şəbəkəsi, müasir avtomobil yolları ölkəmizi Orta Dəhlizin ən funksional və strateji mərkəzinə çevirir. Təbii ki, bu istiqamətdə Avropa ölkələri, eləcə də Slovakiya ilə əməkdaşlıq ölkələrimiz üçün faydalı ola bilər. Bir sözlə, Azərbaycan–Slovakiya əməkdaşlığının Orta Dəhliz kontekstində genişləndirilməsi yalnız ikitərəfli iqtisadi əlaqələr baxımından deyil, bütövlükdə Avrasiya üzrə daha səmərəli, təhlükəsiz və rəqabətədavamlı logistika sisteminin formalaşması üçün əhəmiyyətlidir.
Beləliklə, Prezident İlham Əliyevin Slovakiyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və Azərbaycan ilə Slovakiya əlaqələrində başlanan dostluq və etimad prinsiplərinə əsaslanan yeni mərhələ regionun sabitliyi, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya üçün çox vacibdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20

