/ / Naftalanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Naftalanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
21.11.2025 [16:27]
Naftalanda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının 33 illik tarixi missiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, ŞİH başçısının müavin Arzu Məmmədov, YAP Naftalan Şəhər təşkilatının sədri Rövlan Heydərov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Salmanov, ərazi partiya təşkilat sədrləri, ziyalılar, partiya veteranları, fəalları və gənclər iştirak ediblər.
İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP-nın fəaliyyətini əks etdirən video material nümayiş etdirilib.
Çıxış edənlər partiya üzvlərini əlamətdar gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti ilə bağlıdır. Ulu Öndərin ideyalarını bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla davam etdirir və ölkəmizi yeni inkişaf mərhələsinə aparır.
Partiyanın fəaliyyətinin siyasi sabitliyin qorunması, dayanıqlı inkişafın təmin olunması və dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Eyni zamanda YAP-nın qarşıya qoyulan vəzifələri ardıcıllıqla icra etdiyi və ölkənin sosial-siyasi həyatında aparıcı qüvvə kimi çıxış etdiyi qeyd edilib.
Təşkilatın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Himni səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

