Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İqtisadi tərəqqi hər bir sahədə davamlı inkişafın əsasıdır

İqtisadi tərəqqi hər bir sahədə davamlı inkişafın əsasıdır

14.11.2025 [11:02]

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Prezident İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi.

Dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasət, bütün sahələrdə həyata keçirdiyi islahatlar hər bir vətəndaşı məmnun edir. Ümumilikdə vətəndaş məmnunluğunun təmin edilməsi atılan addımların əsas mahiyyətini təşkil edir. Hazırda regionlarımızda, o cümlədən azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı işlər özündə mühüm məqamları, çağırışları ehtiva edir. Bu gün hər birimiz böyük qürur hissi ilə Azərbaycanın dayanıqlı inkişafından, dünyaya təqdim etdiyi təkmil inkişaf modelindən bəhs edirik. İqtisadi tərəqqi hər bir sahədə davamlı inkişafın əsasıdır.

Dövlət başçısı İlham Əliyev yuxarıda qeyd etdiyimiz qəbulda bu inkişafın dayanıqlılğının təmin edilməsini şərtləndirən mühüm amillərdən bəhs etdi. “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz” söyləyən cənab İlham Əliyev bildirdi ki, əlbəttə, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır -  xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki,  ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur. O da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Dövlət başçısı İlham Əliyev yeni təyin olunan rəhbərlərə  bu çağırışı etdi: “Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən  iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi önə çəkildi və Regional inkişaf Proqramları icra edildi. 2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində geniş abadlıq-quruculuq işləri görüldü, infrastruktur layihələr icra edildi və insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Rayonların sosial-iqtisadi inkişafına nail olmaq üçün mühüm infrastruktur layihələri, o cümlədən, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi və bu proses uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə diqqəti regionlarda icra edilən infrastruktur layihələrinə yönəldərək bildirdi ki, bölgələrimizdə əsas infrastruktur layihələri  başa çatıb. Dövlət xətti, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. İstənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.

Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir. Bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu məsələlər  dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll edilib.

Dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir.

Göründüyü kimi, əsas hədəf paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, müasir dövrün çağırışlarına uyğunlaşdırılması, insanların yüksək həyat səviyyəsinin təmin edilməsidir. Hər bir yenilik, təkmilləşmə dövlətimizin siyasətində prioritetdir.

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30