8 Noyabr – Qürurumuzun və Zəfərimizin Günü
05.11.2025 [21:50]
Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri 2020-ci ilin 8 noyabr gününə yazılmışdır. Həmin gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Bu Qələbə ilə xalqımız illərlə həsrət qaldığı torpaqlarına qovuşdu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, 30 il davam edən ədalətsizlik və işğala son qoyuldu.
Zəfər Günü təkcə hərbi qələbə deyil, xalqımızın mənəvi dirçəlişinin, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri böyük hünər, fədakarlıq və vətənpərvərlik göstərərək düşmən üzərində tarixi zəfər qazandılar.
Bu Qələbə minlərlə şəhidimizin müqəddəs qanı bahasına qazanılıb. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq qəhrəmanlardır.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, dövlətə və Ali Baş Komandana olan etimadını bir daha nümayiş etdirdi. Müasir Azərbaycan Ordusunun qüdrəti, xalqın Vətən sevgisi və dövlətimizin möhkəm iradəsi bu tarixi Qələbəni təmin etdi.
8 Noyabr bu mənada təkcə hərbi-siyasi hadisə deyil, həm də milli qürur və şərəf simvoludur.
Bu gün azad Qarabağda – Şuşada, Laçında, Füzulidə, Zəngilanda, Cəbrayılda və digər şəhərlərimizdə üçrəngli bayrağımız qürurla dalğalanır. Qarabağ torpaqlarında həyat yenidən canlanır, şəhərlərimiz dirçəlir, yollar, məktəblər və mədəniyyət ocaqları bərpa olunur. Bu, həm də Zəfərin davamı – azadlıqdan inkişaf mərhələsinə keçidin təcəssümüdür.
Azərbaycan xalqı bu Qələbəni daim qürurla yad edir, Zəfər Gününü hər il böyük sevinc və iftixar hissi ilə qeyd edir. Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq.
8 Noyabr – Zəfər Günü xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və ordumuzun yenilməzliyinin əbədi simvoluna çevrilmişdir. Bu Qələbə Azərbaycan tarixində əbədi yaşayacaq və gələcək nəsillərə Vətən sevgisinin, birlik və həmrəyliyin ən uca nümunəsi kimi ötürüləcəkdir.
Yaşasın Müstəqil Azərbaycan!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Sevinc Kərimli
Laçın rayon 45 nömrəli tam orta məktəbin tarix müəllimi
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

